12px13px15px17px
Tarix:11/04/12

“GoMap.az” bazasında Gürcüstanın elektron xəritəsi yaradılıb

Genişləndirilmiş “GoMap.az” onlayn-naviqatoruna Gürcüstanın da elektron xəritəsi daxil edilib. Elektron xəritənin genişləndirilməsi üzrə layihə işləri “SİNAM” şirkəti tərəfindən “GoMap.az”-ın inkişaf strategiyası çərçivəsində aparılır. İstifadəçilər Azərbaycanın və Gürcüstanın elektron xəritələrini http://www.gomap.az/ saytında tapa bilərlər. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə İKT İnformasiya Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, Gürcüstan ərazisini də əhatə edən genişləndirilmiş “GoMap.az” elektron xəritəsi 12-14 aprel tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Azərbaycan Beynəlxalq «Turizm və Səyahətlər» Sərgisində rəsmi şəkildə təqdim ediləcək. Genişləndirilmiş “GoMap.az” xəritəsi hər iki ölkənin vətəndaşlarına və qonaqlara Azərbaycan və Gürcüstan ərazisində vahid marşrut yaradıb mədəni, tarixi obyektlərə ən rahat şəkildə çatmağa imkan verəcək.

Xəritə genişləndikdən  sonra Gürcüstanın turist zonalarına baş çəkmək daha da asan olacaq, xüsusən də avtomobil həvəskarları üçün, çunki  avtomobil  yollarının daxil edilməsi zamanı bütün yol nişanları və yol hərəkət qaydaları nəzərə alınıb.

Bu günə kimi Gürcüstanın elektron xəritəsinə 22,1 min obyekt (POİ), 8,8 min kilometr avtomobil yolları, 3,1 min yaşayış məntəqəsi, 15,3 min km2 meşə və yaşıllıq massivləri, həmçinin 570 km2 su resursları (çaylar, göllər, daxili sular) kimi məlumatları əhatə edir.

“SİNAM” şirkətində hesab edilir ki, “GoMap.az”-ın əhatə dairəsinin genişləndirilməsi sözügedən servisin faydasını Azərbaycan və Gürcüstan istifadəçiləri, həmçinin bu ölkələrə səfər edən turistlər üçün dəfələrlə artırmağa imkan verəcək.

Genişləndirilmiş xəritə Azərbaycan və  Gürcüstan xalqlarının daha da sıx inteqrasiyasına imkan verəcək, həmçinin ölkələr arasında turist axınlarını gücləndirəcək. İki ölkənin elektron xəritələrinin inteqrasiyası Gürcüstandan turist axınını stimullaşdıracaq. Turistlər xəritə vasitəsilə Azərbaycanın mədəni və tarixi obyektlərinə, həmçinin ölkəmizin turist zonalarına marşrut çəkə biləcəklər.

Mərkəzdən qeyd edilib ki, “GoMap.az” xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında “bulud” texnologiyaları bazasında bu günə kimi yaradılmış ilk resurslardan biridir. Hazırda “GoMap.az” servisləri “bulud” texnologiyaları bazasında təqdim edilir ki, bu da resursların səmərəliliyini dəfələrlə artırır.

Azərbaycanda “GoMap.az” 70 şəhəri, 4 530 yaşayış məntəqəsini, 3 300 mədəni-tarixi abidəni, 670 000 bina və tikililəri, 47 000 km yolu (yol hərəkət qaydaları və yol nişanları daxil olmaqla), 23 770 km meşə və yaşıllıq sahələrini və s. məlumatları əharə edir. Elektron xəritə “3D rendering” formatında göstərilə bilər. Mədəni-tarixi abidələrin şəkilləri və təsvirləri də elektron xəritədə yerləşdirilib.

Faydalı xidmətlərin sayı (istifadəçilər üçün onlayn ödənişlər daxil olmaqla) nəzərəçarpan dərəcədə artırılıb. Hazırda saytda obyektlərin panorama şəkillərini (3600) izləmək imkanı da mövcuddur. Elektron xəritə üç dildə (Azərbaycan, ingilis və rus) fəaliyyət göstərir və digər oxşar sistemlərlə (məsələn, Google Satellite) inteqrasiya edilib.
 
HƏQİQƏT




Baxış sayı: 3361

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024