12px13px15px17px
Tarix:11/04/12

Xarici İşlər Nazirliyinin «Youtube» kanalının 2500 izləyicisi var

«Xarici İşlər Nazirliyinin «Twitter», «Youtube» kanalları Azərbaycanın təbliğinə xidmət edir və eyni zamanda təbliğat işində xeyli irəliləyişin əldə olunmasına səbəb olub. Belə ki, «Twitter» kanalına bir çox daimi izləyicilər qoşulub, onlar Azərbaycanın xarici siyasəti haqqında son xəbərləri əldə edirlər.

Burada da dəqiqələrdən söhbət gedir. Son məlumatlar operativ şəkildə «Twitter» səhifəsində əks olunur». “İCTnews.az” elektron xəbər xidməti bildirir ki, bu fikirləri XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev söyləyib.

O deyib ki, «Twitter», «Youtube» kanalları ölkənin təkcə geniş kütləyə təbliğ olunmasında deyil, eyni zamanda qısa müddət ərzində təbliğ olunmasında böyük əhəmiyyətə malikdir: «Bizim «Twitter» kanalımızda 400-ə yaxın abunəçilərimiz var.

Amma bu kanal cəmi ayyarımdır ki, fəaliyyət göstərir. Abunəçilərin sayı da getdikcə təbii ki, artırılır. «Twitter» kanalının tanınmasına  xaricdəki səfirliklərimiz də qoşulur. Onların da internet səhifələrində yerləşdirilir. Bütün bunlar  müasir zamanın tələblərinə uyğun olaraq çox önəmlidir».

«Youtube» kanalının isə vizual baxımından çox önəmli olduğunu önə çəkən E.Abdullayevin sözlərinə görə, burada mətbuat konfranslarından videogörüntülər, müsahibələr yerləşdirilir: «Azərbaycanın xaricdəki səfirlikləri tərəfindən keçirilən tədbirlərin də burada yerləşdirilməsi nəzərdə tutulub. Yəni bu baxımdan «Youtube» kanalı çox önəmlidir və bizim bu  kanala abunə olan şəxslərin sayı gün-gündən çoxalır.

Hazırda daimi izləyicilərimiz 2500-dən artıqdır. Hər iki kanal ölkənin xarici siyasətinin təbliğ olunmasına ciddi töhfə verir. Hələlik «Facebook»da XİN-in səhifəsinin yaradılması ilə bağlı ideya yoxdur. Amma ola bilər ki, gələcəkdə nazirliyin saytının yenilənməsi nəzərdə tutulsun».

Seymur  
 




Baxış sayı: 1234

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024