12px13px15px17px
Tarix:11/04/12

Haker hücumu insanı öldürə bilər?!

Haker hücumu insanı öldürə bilərmi? Məlum olub ki, bəli. “McAfee” antivirus şirkətinin informasiya təhlükəsizliyi üzrə mütəxəssisləri xəbərdarlıq ediblər ki, bəzi müasir elektron tibbi avadanlıqlarda aşkar edilmiş boşluqlar nəticəsində potensial hakerlər aparatın iş rejimini dəyişdirə bilərlər.

Nəticədə həyatı bu cihazdan asılı olan insana qarşısı alınması  mümkün olmayan zərbə vurula bilər. “McAfee” antivirus şirkətindən bildirilib ki, kardiostimulyator və insulin nasoslarının bəzi modelləri haker hücumları qarşısında acizdir.

“McAfee” şirkətindən bildirilib ki, Massaçusets Texnologiya Universiteti ilə  əməkdaşlıq çərçivəsində tədqiqat keçirilib. Tədqiqat zamanı yeni elektron defibrilyatorları yandırmaq və söndürmək, həmçinin insulinin radiosiqnalların xüsusi ardıcıllığı vasitəsi ilə insulin nasosuna verilməsi rejimini dəyişmək mümkün olub.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən  bildirir ki, mütəxəssislərin sözlərinə görə, bu tip hücumların təhlükəsi ondan ibarətdir ki, bu qurğular, bir qayda olaraq, insan orqanizminə implantasiya edilir və problemli qurğunu orqanizmə ziyan vurmadan çıxartmaq, sadəcə, mümkün deyil. Beləliklə, xəstə haker üçün, sadəcə, canlı hədəfə çevrilir.

Massaçusets Texnoloji Universitetindən bildirilib ki, onlar məlum səbəblərə görə, elektron tibbi qurğulara necə hücum etmək və konkret olaraq hansı modellərin haker hücumları qarşısında aciz olmasına dair məlumatları açıq girişdə dərc etmirlər.

Qeyd edim ki, ABŞ-da dərc edilmiş sənədlər son dərəcə ciddi qəbul edilib. Belə ki, dünən ABŞ-ın Ərzaq və Dərmanlar İdarəsindən bildiriblər ki, gələcəkdə elektron tibbi qurğular üçün antihaker metodikasının olmasını tələb edəcəklər, əks halda qurğu satış üçün lisenziya ala bilməyəcək.
 
EMİL




Baxış sayı: 1227

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024