12px13px15px17px
Tarix:12/04/12

E-ticarət bölgələrdə də genişlənəcək

Şəkidə İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı, Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün "Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri" mövzusunda seminar keçirilib.

Nazirlikdən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, tədbirdə http://www.b2b.az/ elektron ticarət portalı, portalın biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar, portaldan istifadə qaydaları, elektron ticarətlə bağlı beynəlxalq təcrübə və s. barədə məlumatlar verilib.

Seminar çərçivəsində iştirakçılara İİN-in Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanaraq onları maraqlandıran suallar cavablandırılıb.
 




Baxış sayı: 1599

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024