12px13px15px17px
Tarix:12/04/12

“Google” şirkəti sosial şəbəkəsinin interfeysini yeniləyib

"Google" korporasiyası "Google+" sosial şəbəkəsinin interfeysini yeniləyib."İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, saytın əsas menyusu səhifənin sol hissəsinə keçirilib və menyu vertikal yerləşib. İstifadəçi menyudakı düymələrin düzülüş sırasını dəyişə, yeni düymələr əlavə edə bilər.

Bundan əlavə, saytda "videogörüşlər" (Hangouts) üçün ayrıca bölmə yaradılacaq. Bu xidmət 10 istifadəçinin eyni anda videokonfrans yaratmasına imkan verəcək.










 
"İcmal" (Explore) bölməsində istifadəçinin "dairə"sində olmayan şəxslərin populyar yazıları əks olunacaq. Kontakt siyahısı ekranın sağ tərəfinə keçirilib və o, sosial şəbəkənin bütün səhifələrində əlçatandır.
Yeni interfeysin istifadəçilərə yaxın günlərdə təqdim edilməsi gözlənilir.

Məlumat üçün bildirim ki, "Google+" sosial şəbəkəsi 2011-ci ilin yayında istifadəyə verilib və sentyabrda saytda açıq qeydiyyat mümkün olub. "Google" şirkətinin məlumatına əsasən, hazırda sosial şəbəkədə 170 milyondan çox insan qeydiyyatdan keçib.


 




EMİL
 




Baxış sayı: 1316

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024