12px13px15px17px
Tarix:12/04/12

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avstriya nümayəndə heyəti ilə görüş keçirilib

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avstriya nümayəndə heyəti ilə görüş keçirilib. Avstriya nümayəndə heyətinə Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyinin nazir müavini Andreas Reynxart rəhbərlik edib.

Görüş zamanı Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə qonaqlara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  rəhbərliyi ilə informasiya və kommunikasiya texnologiyaları sektorunda həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.   

Andreas Reynxart qeyd edib ki,  İKT sektorunun dinamik inkişafı fonunda iki ölkə arasında mövcud olan əlaqələr daha sürətlə inkişaf etməyə davam edəcəklər.  

 O, informasiya texnologiyaları sahəsində daha sıx əlaqələrin inkişafı və nəzərdə tutulan birgə layihələrin həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasının vacibliyini vurğuladı. Görüş iştirakçıları bir sıra məsələ ilə bağlı fikir mübadiləsi ediblər.

Tədbirdə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, dövlət müəssisələrinin və ölkəmizdəki İT şirkətlərinin nümayəndələri, Avstriya tərəfindən isə telekommunikasiya sektorunu təmsil edən Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin və Avstriya şirkətlərinin nümayəndələri iştirak ediblər.   
 
 
 




Baxış sayı: 2043

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024