12px13px15px17px
Tarix:12/04/12

“Nar Mobile” abunəçiləri bütün metro stansiyalarında

“Nar Mobile” artıq metropolitenin bütün stansiyalarında abunəçilərə tam çeşidli rabitə xidmətləri göstərəcək. Xidmətə səsli və mətnli danışıq rabitəsi, məlumatların ötürülməsi və internetə daxil olma kimi digər funksiyalar daxildir.

 “Sahil”, “Nəsimi”, “28 May”, “Memar Əcəmi”, “Azadlıq” və “Dərnəgül” metro stansiyalarında operatorun mobil rabitə xidmətlərindən istifadə mümkündür.

“Bu yaxınlarda “Nar Mobile” abunəçiləri rabitə xidmətlərinin tam çeşidindən Bakının bütün metro stansiyalarında yararlana biləcəklər. Artıq bəzi stansiyalarda abunəçilərimiz bu xidmətlərdən istifadə edə bilərlər. “Nar Mobile”-ın hazırkı, texniki bazası bizə imkan verir ki, yaxın zamanlarda bütün stansiyalarda tam mobil rabitə xidməti göstərək.

Bu isə, öz növbəsində abunəçilərimizin mobil xidmətlərdən istifadə radiusunu genişləndirəcək və rahatlaşdıracaq. Hər zaman olduğu kimi, bu il də “Nar Mobile” mobil operatoru bir çox yeniliklərə imza atmaq niyyətindədir. Sonuncu nailiyyətlərimiz  bu siyasətin davamıdır,” – deyə “Azerfon” şirkətinin Biznesin inkişafı və kommunikasiyalar üzrə icraçı direktoru Leyla Nəsrullayeva bildirib.

Qeyd edək ki, “Nar Mobile”-ın təqdim etdiyi mobil xidmətdən yalnız stansiyalarda deyil, həmçinin tunellərdə belə istifadə etmək mümkün olacaq. Hazırda operator 14,4 mbps sürəti ilə “3G” mobil rabitə xidməti göstərir.
 
 
 
 




Baxış sayı: 1318

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024