12px13px15px17px
Tarix:12/04/12

“Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçmiş uşaqların 6 yaşı var

"Facebook" sosial şəbəkəsinin qaydalarına görə, sosial şəbəkədə 13 yaşınadak istifadəçi qeydiyyatdan keçə bilməz. Lakin bir çox uşaqlar və yeniyetmələr bu tələbi özləri və ya uzağı görməyən valideynlərinin köməkliyi ilə pozaraq şəbəkədə qeydiyyatdan keçən zaman doğum tarixi haqqında məlumatı səhv qeyd edirlər.

"İCTnews.az" elektron xəbər xidməti "net.compulenta.ru" saytına istinadən  bildirir ki, təxminən 1000 valideynin iştirak etdiyi yeni tədqiqat nəticəsində məlum olub ki, "Facebook" sosial şəbəkəsində hesaba malik 38% həddi-büluğa çatmamış şəxsin heç 13 yaşı yoxdur. Bundan əlavə, qeydiyyatdan keçmiş 4 faiz uşağın cəmisi 6 yaşı var.

"Facebook"dan istifadə edən yeniyetmələrin 1/3-i isə xidmətdə hər gün ən azı 2 saat vaxt keçirir.
Hazırda "Facebook" sosial şəbəkəsində təxminən 850 milyon hesab qeydiyyatdan keçib.








EMİL




Baxış sayı: 1570

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024