12px13px15px17px
Tarix:13/04/12

Xəzər dənizində baş verən titrəyişlər onlayn rejimdə izləniləcək

Xəzər dənizində 3 seysmoloji mərkəz qurulacaq. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Mərkəzinin (RSM) baş direktorunun müavini Azay Rzayev bildirdi ki, dənizdə baş verən hər hansı titrəyiş həmin an onlayn olaraq peyk vasitəsilə Bakıda Elmi şəhərcikdə yerləşən baş stansiyaya ötürüləcək.

Respublikanın seysmik cəhətdən fəal nöqtələrində qurulmuş titrəyiş sensorlarından məlumat daxil olur və bu qeydə alınır.

Direktor müavini əlavə etdi ki, regionlarda Naxçıvan MR də daxil olmaqla qurulan stansiyalar Amerikanın “Kinemetrics” şirkətindən alınıb. Hazırda seysmoloji təchizat respublikanın 30 rayonunda quraşdırılıb.Sözügedən sistem zəlzələnin dəqiq yeri, gücü və vaxtı barədə məlumat verir.
 




Baxış sayı: 1560

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024