12px13px15px17px
Tarix:06/07/11

“Hotmail” 15 yaşında

Bu gün  ən iri elektron poçt xidməti olan “Hotmail” öz 15 illiyini qeyd edir. “Microsoft Azərbaycan” şirkətindən verilən məlumata görə, “Hotmail” azərbaycanlı istifadəçilər arasında məşhur olan elektron poçt xidmətlərindən biridir. Hazırda “Hotmail” dünyanın ən iri poçt servisidir – qeydiyyatdan keçmiş istifadəçilərin sayı 360 milyona bərabərdir.
 
Son 15 il ərzində “Hotmail” xidmətində aşağıdakı dəyişikliklər edilmişdir:

     ·        Poçt qutusunun həcminin artırılması. 1996-cı ildə poçt qutusunun həcmi cəmi 2 meqabayta bərabər idi, bu gün isə istifadəçilər öz tələblərindən asılı olaraq həcmi daim artan poçt qutusundan istifadə edə bilər.

·        Məhsuldarlığın və sürətin artırılması;
·        Təqvimin inteqrasiyası;
·        «Spell Check» funksiyasının tətbiqi (orfoqrafiyanın yoxlanılması);
·        Windows Live MessengerSkyDrive ilə inteqrasiya;
·        Exchange ActiveSync” (Hotmail xidmətini bir çox smartfonlarda istifadə etməyə imkan verir) əlavə edilməsi;
·        Proqramların virusların aşkarlanması məqsədilə skanlanması;
·        Office Web Apps ilə inteqrasiya.
15illik fəaliyyəti müddətində “Hotmail” öz istifadəçiləri üçün lazımi yenilikləri tətbiq edərək dünyanın aparıcı elektron poçt xidmətləri provayderi kimi inkişaf edib. Edilən son yeniliklər isə Hotmail” xidmətinə bir neçə ay ərzində rəqiblərinin milyondan artıq istifadəçisini cəlb etməyə imkan verib.
 
Yenilənmiş Windows Live Hotmail” xidmətində vaxta qənaət etməyə imkan verən intellektual alətlər mövcuddur. Yeni texnologiyalar məktubları “Daxil olanlar” qovluğunda qaydaya salmağa, arzuolunmaz poçtu avtomatik şəkildə süzgəcdən keçirməyə, həmçinin istifadəçinin kompyuterində “Microsoft Office” dəstinin olmaması zamanı belə “Word”, “Excell” və “PowerPoint” fayllarilə birbaşa elektron poçt xidmətindən pulsuz işləməyə imkan verir.
 
Hotmail” hazırda üzərində iş gedən daha çox yenilik və alətləri təqdim etmək niyyətindədir. Həmin yeniliklərin yaxın aylarda buraxılacağı planlaşdırılır.
 




Baxış sayı: 982

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024