12px13px15px17px
Tarix:14/04/12

Qəbul imtahanlarına hazırlaşanlar üçün TQDK videomühazirələr keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarına hazırlaşanlar üçün yardımçı xidmətlərini davam etdirir. Belə ki, artıq ötən ildən etibarən TQDK abituriyentlər üçün videomühazirələr təşkil edir.

Qurumun rəsmi saytında yerləşdirilən “Videomühazirələr” bölməsinə daxil olmaqla, qəbul imtahanlarına hazırlaşanlar müxtəlif fənlər üzrə dərslərə qoşula bilərlər. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə TQDK-dan məlumat verilib.

Komissiyadan bildirilib ki, hazırda Azərbaycan dili, fizika, biologiya, kimya, ədəbiyyat və ingilis dili və s. fənlər üzrə onlayn dərslər aparılır. Videomühazirələrə hər fənn üzrə çoxsaylı dərslər daxil edilib ki, abituriyentlər də bu yardımçı xidmətlərdən asanlıqla istifadə edə bilərlər.

Qeyd edək ki, artıq aprelin 10-dan etibarən Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali və 11 illik bazadan orta ixtisas məktəblərinə ərizə qəbuluna start verilib.

Qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri aprelin 16-dan mayın 18-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-ək fəaliyyət göstərirlər.
 
HƏQİQƏT
 




Baxış sayı: 1717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024