12px13px15px17px
Tarix:06/07/11

“Microsoft”dan şok qərar

“Microsoft” şirkəti iyul ayının 12-dən “Office XP” ofis paketinin və “Vista” əməliyyat sistemi üçün “Service Pack 1” (SP1) yenilənmə paketinin dəstəyini dayandırır.
İyul ayının 12-də şirkət bu məhsullar üçün son yeniləməni təqdim edəcək. Bu tarixdən sonra “Office XP” və “Vista SP1” üçün yeni yeniləmə (update) paketləri daha çıxmayacaq. Bildirilib ki, bu məhsullardan istifadə etməyə davam etmək olar, amma yeniləmələr olmadığına görə təhlükəsizliyə zəmanət verilmir.
“Vista SP1” istifadəçilərinə “SP2” yenilənmə paketini qurmaq tövsiyə edilir. “SP2” paketi 2012-ci ilin aprelinə qədər dəstəklənəcək. Vista əməliyyat sisteminin korporativ istifadəçiləri üçün yeniləmə paketi 2017-ci ilə qədər çıxarılacaq. Məlumat üçün bildirək ki, indi “Vista” əməliyyat sisteminin bazarda payı, təxminən 12 faiz təşkil edir. Bu əməliyyat sistemi onun sələfi “Windows XP”-dən (bazarın 45%-i) və ardıcılı “Windows 7”-dən (34.5%) daha az məşhurdur.



Baxış sayı: 1272

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024