12px13px15px17px
Tarix:16/04/12

“Sharp” korporasiyası böyük ekranların kütləvi istehsalına başlayıb

“Sharp” korporasiyası 7, 10 və 32 düym diaqonala malik “IGZO” tipli  ekranlar istehsal edəcək.
“İCTnews.az” elektron xəbər xidməti “hard.compulenta.ru” saytına istinadən bildirir ki, “IGZO” panellər indium oksid, qallium və sink (Indium Gallium Zinc Oxide) əsasında hazırlanan tranzistorların tətbiq edilməsi yolu ilə hazırlanıb.

Ekranlar yüksək ayırdetmə dəqiqliyinə və kiçik enerji istehlakına malikdir. Bundan əlavə, ekranlar böyük görünüş bucağına malikdir və rəngləri yaxşı əks etdirir.

7 düym diaqonala malik ekran 1280×800 nöqtə təsvir ölçüsünə malikdir. Piksellərin sıxlığı 217 ppi təşkil edir. 10 düym diaqonala malik paneldə bu göstərici 2560×1600 nöqtə və 300 ppi, 32 düymlü ekranda isə 3840×2160 (140 ppi) piksel təsvir ölçüsünə malikdir.“IGZO” ekranların planşet kompyuter, ultrabuk, tibbi nəzarət sistemləri və s-də istifadə ediləcəyi gözlənilir.




 
EMİL




Baxış sayı: 1309

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024