12px13px15px17px
Tarix:16/04/12

İnternetin inkişafı üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnternetin inkişafı üzrə Koordinasiya Şurasının ölkədə fəaliyyət göstərən bir sıra provayder şirkətlərinin nümayəndələrinin iştirakı ilə növbəti iclası keçirilib.
 
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sədrliyi ilə aparılan iclasda mayda Bakıda baş tutacaq Eurovision 2012 mahnı müsabiqəsi müddətində və ümumilikdə internet xidmətlərinin təşkil olunması və keyfiyyəti, İnternet şəbəkəsində Adların və Nömrələrin Bölüşdürülməsi üzrə Korporasiyanın (ICANN) son toplantısında qəbul olunmuş qərarlar, noyabrda Azərbaycanda keçirilməsi planlaşdırılan İnternet İdarəçilik Forumu (İGF) haqqında müzakirələr aparılıb.

Həmçinin toplantı iştirakçıları Şura tərəfindən hazırlanmış “Azərbaycan Respublikasında ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları” layihəsi barədə fikir mübadiləsi ediblər.
İclasın yekunlarına dair müvafiq qərarlar qəbul olunub.




Baxış sayı: 875

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024