12px13px15px17px
Tarix:17/04/12

Azərbaycan-ABŞ arasında İKT üzrə müzakirələr aparılacaq

Aprelin 18-də Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclası keçiriləcək. İclasa Azərbaycan tərəfindən maliyyə naziri Samir Şərifov,  ABŞ tərəfindən isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormats sədrlik edəcək.
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilir.  

İclasda iki ölkə arasında bir sıra sahələrdə, o cümlədən nəqliyyat, aviasiya, infrastruktur sahələrinin inkişafı, informasiya və kommunikasiya texnologiyaları, müəllif hüquqlarının qorunması, enerji tədqiqatları, istehsalı və nəqli imkanları, bərpa olunan enerji təşəbbüsləri, ticarət və investisiya, maliyyə sektoru, o cümlədən dövlət investisiya strategiyası, çirkli pulların yuyulması və  terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə və korrupsiyaya qarşı mübarizə sahələrində əməkdaşlığın daha da genişləndirilməsi  və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.



 
CAHANGİR




Baxış sayı: 1362

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024