12px13px15px17px
Tarix:17/04/12

Azərbaycanda kreditləri internet vasitəsilə ödəmək mümkün olacaq

"GoldenPay" şirkəti internet şəbəkəsi vasitəsilə bank kreditlərinin ödənilməsi xidmətinin işə salınması ilə əlaqədar "Visa İnternational" və "MasterCard" beynəlxalq ödəniş sistemləri ilə danışıqlar aparır.

Danışıqlar mövzusu ödəniş sistemlərinin bu xidmət növü üzrə tarifləri azaltmasıdır. Belə ki, təklif edilən dərəcələr yüksəkdir ki, bu da öz növbəsində mövcud servisin rentabelliyinə mənfi təsir edir.

"İstifadəçi krediti ödəməkdən başqa, servisin bu növünə görə əlavə komisyon haqqı ödəməyə məcbur olacaq. Hazırda iki variant nəzərdən keçirilir-ya faiz dərəcəsinin azaldılması, ya da xidmətə görə vahid qiymətin müəyyənləşdirilməsi" , - şirkətdən deyiblər.

İlkin mərhələdə xidmətləri "Paypoint" özünəxidmət terminalları şəbəkəsində işə salmaq planlaşdırılır. İstifadəçilər bu terminallarda əlavə xərclər çəkməyə məcbur olmayacaq.

"Paypoint" terminalları vasitəsilə əhali, həmçinin depozit və cari hesablarını doldurmaq imkanı əldə edəcək. Bu layihə çərçivəsində bütün banklarla danışıqlar aparılır və yaxın müddətdə xidmətdən özünəxidmət terminalların şəbəkəsində istifadə etmək mümkün olacaq.




Baxış sayı: 1504

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024