12px13px15px17px
Tarix:17/04/12

“Windows 8” əməliyyat sisteminin 3 versiyası olacaq

“Windows 8”, “Windows 8 Pro” və “Windows RT” – “Windows 8” əməliyyat sisteminin versiyaları məhz belə adlanacaq. Məlumat üçün bildirim ki, “Windows 8” əməliyyat sistemi 2012-ci ildə işıq üzü görməlidir.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən  bildirir ki, “Microsoft” korporasiyasının rəsmi bloqunda qeyd edilib ki, “Pro” versiya korporativ səviyyəli funksiyalara (şifrələmə, virtualizasiya  texnologiyaları və s.) malik olacaq.

“RT” versiyası “ARM” prosessorları ilə işləyən planşet və kompyuterlər üçün nəzərdə tutulub. Bu proqram platformasının tərkibinə sensor ekranlar üçün   optimallaşdırılmış “Word”, “Excel”, “PowerPoint” və “OneNote”-un xüsusi versiyaları daxil ediləcək. “Windows RT” əməliyyat sistemini müstəqil quraşdırmaq mümkün olmayacaq, sistem istehsalçı tərəfindən yüklənəcək.

“Windows 8” əməliyyat sisteminin bütün versiyalarında “İnternet Explorer 10” veb-səyyahı əvvəlcədən quraşdırılmış olacaq.
 
EMİL




Baxış sayı: 1851

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024