12px13px15px17px
Tarix:17/04/12

Hakerlər tərəfindən dağıdılması mümkün olmayan internet səhifəsi hazırlanır

Sənaye və Energetika Nazirliyi hakerlər tərəfindən dağıdılması mümkün olmayan rəsmi internet səhifəsini hazırlatdırır. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə saytı hazırlayan «İnfosecurity» şirkətinin veb-proqramçısı Fidan Qasımova məlumat verib. O bildirib ki, hazırda nazirliyin rəsmi internet səhifəsinin (http://www.mie.gov.az/) üzərində iş aparıldığı üçün fəaliyyəti dayandırılıb.

F.Qasımova deyib ki, yeni yaradılacaq portal «Java»da olan bir sistemdə üzərində yığılır. “Bu, olduqca güclü bir sistemdir. Saytın özü 3 və daha artıq serverdə yerləşəcək. İnformasiyaların hamısı keşdən götürüləcək. İstifadəçi birbaşa bazaya daxil ola bilməyəcək.

Ona görə də burada təhlükəsizlik çox yüksək dərəcədə qorunur. Bu cür sxemli saytlar əsasən xaricdə hazırlanır. Azərbaycanda isə bu yenilikdir. Bunu da biz özümüz etmək istəmişik. Burada əsas məsələ ondan ibarətdir ki, saytın təhlükəsizliyi 100 faiz təmin olunur. Yəni bu saytı heç bir haker dağıda bilməz.

Çünki hakerlər saytın bazasına daxil ola bilməyəcəklər. Saytın səhifəsi ayrı-ayrı hissələrdən ibarətdir. Proqram elə qurulub ki, səhifə kiçik hissələrə ayrılıb və istifadəçi hər dəfə sayta müraciət edəndə kiçik hissələr ümumi yerdə birləşərək səhifə formasında açılacaq. Əslində isə burada səhifə anlayışı yoxdur.

Buna baxmayaraq onun istifadəsi çox sadədir. Yəni istifadəçilərə mürəkkəb proseslərlə işləmək təklif olunmur. Əslində sadə görünməsinə baxmayaraq saytın arxasında çox güclü bir sistem durur».
F.Qasımova onu da əlavə edib ki, sayt aprel ayının axırlarında hazır olacaq.


SEYMUR




Baxış sayı: 1762

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 May 2019

22 05 2019

22/05/19
Yenilənmiş “Apple MacBook Pro” noutbuku təqdim edilib

“Apple” şirkəti “MacBook Pro” noutbukunun ilk dəfə səkkiz nüvəli prosessorla təchiz edilən yenilənmiş mo

22/05/19
Dünyada “Əşyalar interneti” qurğularının sayı məlum olub

“Strategy Analytics” analitik şirkəti “Əşyalar interneti (IoT)” sahəsində qlobal avadanlıq bazarı üzrə

22/05/19
Beynəlxalq Kosmik Stansiyada uçan robotların sınağı keçirilib

Beynəlxalq Kosmik Stansiyada “Astrobee Bumble” uçan robotunun ilk sınaqları başa çatıb. Stansiyaya avtom

22/05/19
Avropanın smartfon bazarının həcmi 20% azalıb

2019-cu ilin birinci rübündə Avropanın smartfon bazarının həcmi ötən üç ayla müqayisədə 20%, ötən illə

22/05/19
Kvadrokopter və yerüstü nəqliyyat vasitəsinin hibridi yaradılıb

İsrail mütəxəssisləri kvadrokopter rejimində uçan və səth üzərində avtomobil kimi hərəkət edən qurğu ya

22/05/19
ABŞ-da elektronika döyüş başlıqlı raketlərlə məhv edilir

ABŞ Silahlı Qüvvələri hərbi və mülki elektronikanın məhvi üçün döyüş başlığı ilə təchiz edilən 20 rake

22/05/19
“Honor 20” və “Honor 20 Pro” modelləri rəsmən təqdim edilib

“Huawei” şirkəti Londonda “Honor 20” smartfonlarının yeni istehsal xəttini təqdim edib.

22/05/19
Milyonlarla “Instagram” istifadəçisinin telefon nömrəsi və elektron poçtu internetdə yerləşdirilib

2019-cu il mayın 20-də informasiya təhlükəsizliyi üzrə mütəxəssis Anuraq Sen “Instagram” istifadəçilərin