12px13px15px17px
Tarix:18/04/12

"Windows 8" dil interfeysi Azərbaycan dilinə lokallaşdırılacaq

"Windows 8" əməliyyat sisteminin dil interfeysinin Azərbaycan dilinə tam lokallaşdırılması "Windows XP" və "Windows 7"nin lokallaşdırılmasından daha tez həyata keçiriləcək. Bu barədə "Microsoft"un Mərkəzi və Şərqi Avropa ölkələri üzrə baş meneceri Veronika Prikrılova Azərbaycanın texnika və texnologiyalar haqqında "InfoCity" jurnalına müsahibəsində bildirib.

"Əməliyyat sisteminin özəyinin lokallaşdırılması məhsulun necə layihələşdirilməsindən çox asılıdır. Buna rəğmən, şirkətin strategiyası hər bir yeni variantda lokallaşdırılması asan olan məhsulların yaradılmasından ibarətdir", - Prikrılova deyib.

O, həmçinin Azərbaycan hökumətinin əqli mülkiyyət hüququnun müdafiəsi üzrə qanunvericiliyin hazırlanması və tətbiqi prosesində göstərdiyi əhəmiyyətli səyləri qeyd edib.

"Azərbaycan hökuməti ötən il müvafiq saziş imzalayıb, dövlət strukturları isə özlərində yalnız leqal proqram təminatının istifadə edilməsi imkanlarını öyrənir. Azərbaycan hökuməti nəzarət etdiyim MDB ölkələri arasında irəliyə belə böyük addım atan ilk hökumətdir", - Prikrılova deyib.

Onun sözlərinə görə, bir sıra ölkələrdə pirat satışlarının göstərici səviyyəsi olduqca yüksəkdir. Buna görə də şirkət BMT-nin Beynəlxalq ticarət hüququ komissiyasının (UNCITRAL) növbəti hesabatını gözləyir. Hesabat regionda vəziyyətin nə qədər dəyişdiyini göstərəcək. Hələlik isə şirkət Azərbaycan hökumətinin pirat məhsullarının ticarət səviyyəsinin azaldılması üzrə atdığı düzgün addımlara ümidlə baxır.

"Azərbaycanı praktiki olaraq, Balkan ölkələrinin keçdiyi uzun yol gözləyir. Balkan ölkələri bu gün artıq Avropa İttifaqına daxil olmağa hazırlıq yolunda daha fəal fəaliyyətə keçiblər", - Prikrılova vurğulayıb.
 




Baxış sayı: 925

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 İyun 2020

03 06 2020

03/06/20
2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük həcmi 7% azalacaq

“Canalys”in analitiklərinin proqnozuna görə, 2020-ci ildə fərdi kompüter və planşetlərin qlobal tədarük h

03/06/20
“5G” dəstəkli “Honor” smartfonları təqdim olunub

“Honor” brendi Çində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən “Honor Play 4” və

03/06/20
Dünya fərdi kompüter və planşetlər bazarında azalma gözlənilir

“Canalys” şirkəti bu il dünya fərdi kompüter və planşetlər bazarında kəskin azalmanı proqnozlaşdıraraq bu

03/06/20
“Facebook” köhnə nəşrləri "toplu" şəkildə silməyə imkan verib

“Facebook” sosial şəbəkəsi tərəfindən hazırlanmış alət vasitəsilə istifadəçilər öz hesablarından rəqəmli

03/06/20
“Android” üçün təhlükəli proqramlar aşkar edilib

“Google Play Store” internet mağazasında “Android” sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulmuş iki mob

03/06/20
Orta qiymət sinfinə məxsus ən güclü smartfonların reytinqi tərtib edilib

Mobil qurğuların məhsuldarlığını qiymətləndirmək üçün nəzərdə tutulmuş “AnTuTu” proqramının yaradıcıları

03/06/20
Şotlandiyada “Covid-19” testləri dronlar vasitəsilə çatdırılacaq

Şotlandiyanın Milli Səhiyyə Xidməti (NHS) və Böyük Britaniyanın “Skyports” şirkəti arasında pilotsuz uçan

03/06/20
“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

“iPhone” və “iPad” qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.