12px13px15px17px
Tarix:18/04/12

“Həyat üçün faydalı faktlar”ın elektron variantı hazırlanıb

UNICEF-in Azərbaycan nümayəndəliyi “Həyat üçün faydalı faktlar”ın elektron variantını hazırlayıb. Toplunun hazırlanmasında BMT-nin Uşaq Fondu (UNICEF) ilə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (BMTƏF), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Birləşmiş Millətlər Təşkilatının HİV/QİÇS üzrə müştərək proqramı (UNAIDS) və Dünya Bankı (DB) kimi təşkilatlar da iştirak ediblər.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə UNICEF-in Azərbaycan nümayəndəliyinin Media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ayna Mollazadə məlumat verib. Onun sözlərinə görə, müştərək qaydada hazırlanan nəşrdə hamiləlik, uşağın dünyaya gətirilməsi, uşaqlıq dövrünə xas xəstəliklər, uşağın inkişafı, erkən dövrdə biliklərə yiyələnmə, valideyn bacarıqları, uşağın müdafiəsi, qayğısı və dəstəyinə dair praktik məsləhətlər təqdim edilir: ”Həyati əhəmiyyət kəsb edən məlumatların yer aldığı toplunun elektron variantının Azərbaycan və rus dillərində olan nüsxələri UNICEF-in Azərbaycan nümayəndəliyinin (http://www.unicef.az)/ internet səhifəsində yerləşdirilib.

Bu yeni nəşr uşaqların zorakı və zərərli davranış və praktikalardan uzaq durmasını təmin etmək üçün faydalı məlumatları təmin edən uşaq müdafiəsi haqqında yeni fəsli özündə ehtiva edir. Hal-hazırda dördüncü nəşri buraxılan “Həyat üçün faydalı faktlar” toplusu 1989-cu ildə ilk dəfə nəşr olunduğu dövrdən başlayaraq milyonlarla fərd və icmalar üçün yardımçı olub. Əvvəlki nəşrlərin təqribən 15 milyon nüsxəsi dünyanın müxtəlif ölkələrində 215 dildə dövriyyəyə buraxılıb”.
 
HƏQİQƏT




Baxış sayı: 1425

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024