12px13px15px17px
Tarix:18/04/12

“Nar Mobile”-dan hər kəs üçün sərfəli tarif

“Nar Mobile” mobil operatorunun təqdim etdiyi “Limitsiz şəbəkədaxili” tarifi hazırda ən sərfəli tariflərdən biridir. Belə ki, “Limitsiz şəbəkədaxili” tarifi bütün “Nar” abunəçiləri ilə sərhədsiz danışmaq imkanıdır. Tarifə əsasən, abunəçi gündəlik olaraq 24 qəpik ödəməklə şəbəkədaxili 300 dəqiqə və 10 SMS əldə etmək olar.

Ay ərzində isə sizlərə 9000  dəqiqə və 300 SMS verir.  Təqdim olunan şəbəkədaxili bonus dəqiqələri bitdikdə, sonrakı şəbəkədaxili zənglərin bir dəqiqəsi üçün 5 qəpik çıxılır, şəbəkədaxili bonus SMS-lər bitdikdə, sonrakı hər SMS üçün 3 qəpik çıxılır.

Qeyd edək ki, tarifə 50% endirim nəticəsində ödəniş 0,48 qəpikdən 0,24 qəpiyə qədər düşmüş, danışıq dəqiqəsi isə 100 dəqiqədən 300 dəqiqəyə qədər yüksəldilmişdir. 



Xidmət Qiymət (qəpiklə)
Şəbəkəxarici zəngin 1 dəqiqəsi 5
Ölkədaxili SMS 3
Ölkədaxili MMS 5
İnternet trafiki (1 MB) 20
Mobil TV (1 MB) 10
 
“Nar Mobile” brendi ilə tanınan “Azerfon” telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlamışdır və hazırda ölkənin innovativ və şəffaf telekommunikasiya şirkətidir. “Azerfon” şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini “3G” texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.  
 
 




Baxış sayı: 1242

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024