12px13px15px17px
Tarix:19/04/12

Bakı sakinləri kontaktsız ödənişlərdən istifadə etməyə maraqlıdır

"MasterCard" şirkəti Bakı sakinlərinin kontaktsız ödənişlərə münasibətini öyrənmək məqsədi ilə araşdırma aparıb. Nəticədə Bakı sakinlərinin 60%-nin ictimai nəqliyyatda gediş haqqını ödəyərkən kontaktsız ödənişlərdən istifadə etməyə hazır olduqları məlum olub. 

"MasterCard" şirkəti istehlakçıların pullarının xərclənməsi və qənaəti yollarını müəyyən etmək məqsədi ilə "Masterİndex" tərəfindən keçirilən araşdırmanın nəticələrindən istifadə edərək, müasir azərbaycanlıların kontaktsız ödənişlərə münasibəti ilə bağlı maraqlı sorğu keçirmişdir.

Sorğunun nəticəsində məlum olub ki, Bakı sakinlərinin yarısından çoxu yeni texnologiyaların onlar üçün vaxt qənaətini, həmçinin, əlavə uyuşqanlığı və sürəti təmin etdiyini anlayaraq, öz gündəlik həyatlarında kontaktsız ödənişlərdən istifadə etmək istəyindədirlər.

Bakı sakinlərinin 75%-i kontaktsız ödənişlərdən supermarketlərdə, 60%-i isə ictimai nəqliyyatda istifadə etmək istədiklərini bildirmişlər.
 


Kontaktsız ödənişlərdən harada istifadə etmək istəyərdiniz?
%
Supermarketlər və mağazalar 75
İctimai nəqliyyat 60
Apteklər 41
Benzindoldurma məntəqələri 20
Qəzet kiosku 15
Taksi 13
Restoran və kafe 11
Kitab mağazaları 9
İdman klubları 3
Kinoteatrlar və teatrlar 3
















Araşdırma çərçivəsində Bakı sakinlərinə, kart sahibinə ödənişi etmək üçün sadəcə kartı terminala yaxınlaşdırmaq imkanını yaradan kontaktsız ödənişlərə olan münasibəti haqqında sual verilib. Paytaxt sakinlərinin əksəriyyəti bu yolla nəqliyyatda gediş haqqını, supermarketlərdə və apteklərdə hesablaşmağı istəmişlər.

Araşdırmaların nəticəsi göstərir ki, kontaktsız ödənişlərə birinci növbədə supermarket və mağazalarda (75%), ictimai nəqliyyatda (60%), apteklərdə (41%), benzindoldurma məntəqələrində (20%), qəzet kiosklarında (15 %), taksidə (13%), restoran və kafelərdə (11%), kitab mağazalarında (9%), idman klublarında (3%), kinoteatr və teatrlarda (3%) hesablaşma üçün tələbat var.
 
 
Azərbaycanlıların 86%-i  kontaktsız ödənişləri mobil telefonlar vasitəsi ilə etməyi üstün hesab edirlər.

Kontaktsız ödənişlər yalnız ödəmə kartları ilə deyil, həmçinin, digər rahat qurğularla həyata keçirilə bilər. "Hansı qurğu vasitəsi ilə ödəniş etmək rahat olardı" sualına şəhər sakinlərinin 86 %-i mobil telefonlar vasitəsi ilə , 31%-i   bu funksiyanın qol saatlarında tətbiq edilməsini, 26%-i  ödənişlərin edilməsi üçün xüsusi brelokların sahibi olmaq istədiklərini  bildiriblər.
 
"Mastercard PayPas" kontaktsız ödəniş texnologiyaları yaxın gələcəkdə Azərbaycanda olacaq.

Əldə olunan nəticələr dünya üzrə olan tendensiyalara uyğundur. Kontaktsız ödənişlər artıq bütün dünyada, o cümlədən, ABŞ, Kanada, İngiltərə, Fransa və Türkiyədə geniş yayılıb. Bunun vasitəsi ilə  Nyu-Yorkda, Sankt-Peterburqda, Honk-Konqda, Tayvanda və digər şəhərlərdə bilet almadan metroda gediş haqqını ödəmək mümkündür. 

Dünyanın 38 ölkəsində "PayPas" kartları artıq böyük marketlərin və fast-food restoranlar şəbəkəsində qəbul olunur. "MasterCard PayPas" kontaktsız ödəmə texnologiyaları Nyu-York və Sankt-Peterburq metropoliteni,  İstanbul gəmi gəzintisi şirkəti, Tayvan adasında avtobuslar daxil olmaqla bütün dünyada istifadə olunur.

"Araşdırmaların nəticəsi göstərir ki, Bakı sakinləri bu yeni texnologiyaların üstünlüklərindən biznesdə və şəxsi tələbatlar üçün istifadə etməyə hazırdılar. Biz müştərilərimizə sürətli və rahat kontaktsız ödənişi təmin etmək məqsədi ilə Azərbaycan bankları ilə əməkdaşlıq edirik. Eyni zamanda, müştərilərimizə ən yaxşı – rahat və təhlükəsiz xidməti təklif etmək üçün  ödəmə sistemlərimizin işlənib hazırlanmasına davam edirik"- deyə "MasterCard" şirkətinin Azərbaycanda region üzrə meneceri Hakan Acar söyləmişdir. 
 
 




Baxış sayı: 1041

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024