12px13px15px17px
Tarix:20/04/12

Mingəçevirdə yüksəksürətli simsiz internet şəbəkəsi yaradılıb

Mingəçevir ərazisində yüksəksürətli simsiz internet şəbəkəsi yaradılıb. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə "KÜR" Elektron Avadanlıqları İstehsalı müəssisəsinin direktoru Rizvan Osmanov məlumat verib. Direktor bildirib ki, hər bir istifadəçi bu simsiz internet şəbəkəsindən istifadə edə bilər: "Artıq həm evdə, həm küçədə, həm də bağda heç bir məhdudiyyət qoyulmadan internetdən istifadə mümkündür. "WiMAX" texnologiyası öz əhatə dairəsini genişləndirəcək və müştərilərə yüksəkkeyfiyyətli sürətli internet təqdim edəcək.

"SAZZ" Müştəri Xidmətləri Mingəçevir şəhərində "KÜR" MMC ilə birgə H.Əliyev pr.71  ünvanında həyata keçirilir". Müəssisə rəhbərinin sözlərinə görə, yaranan suallarla bağlı istifadəçilər (+992427) 4 71 71 nömrəsindən məlumat ala bilərlər.

Qeyd edək ki, 2010-cu ildə "AzQtel" MMC şirkəti tərəfindən yaradılmış "SAZZ" əmtəə nişanı Azərbaycanda "4G Mobile WiMAX" texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən yeganə operatordur. "SAZZ 4G" Simsiz İnternet Xidməti istifadəçilərə sabit aylıq abunə haqqı müqabilində saniyədə 10 Mb-dək qoşulma sürəti olan və trafik məhdudiyyəti olmayan "Standart" tarif planını təqdim edir.

"SAZZ 4G" internet xidmətini paytaxt Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, habelə Abşeron yarımadasının əksər sahilyanı qəsəbələrində tətbiq edir. Bu ildən isə "Azqtel" şirkəti Azərbaycanın regionlarına yönəldilmiş genişlənmə proqramını həyata keçirmək niyyətindədir.
 
HƏQİQƏT
 
 




Baxış sayı: 1463

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024