12px13px15px17px
Tarix:23/04/12

“Nar Mobile”-dan abituriyentlərə dəstək

"Nar Mobile" mobil operatoru və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  (TQDK) abituriyentlərin dövlət imtahanı ərəfəsində əməkdaşlığa başlayıb. Bu barədə şirkətdən məlumat verilib. Məlumatda qeyd edilir ki,  artıq "Nar Mobile" abunəçiləri SMS vasitəsilə TQDK-nın xidmətlərindən faydalana biləcəklər.

  Xidmətlərə sınaq və qəbul imtahanlarının nəticələrinin, habelə bu imtahanlarda iştirak etmək üçün tələb olunan virtual ödəmə kartlarının SMS vasitəsilə əldə olunması aiddir.  Abituriyentlər  sınaq və ya qəbul imtahanlarında topladıqları bal barədə məlumatı əldə etmək üçün 6 rəqəmli iş nömrəsini 7727 qısa nömrəsinə göndərməlidirlər.

Bundan başqa elektron ərizə vermək üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını əldə etmək üçün 7725 qısa nömrəsinə boş SMS göndərməli (2 AZN) və sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını əldə etmək üçün 7735 qısa nömrəsinə boş SMS göndərməlidirlər (3 AZN).

"Hər zaman təhsilin inkişafına çalışan, bu yönlü layihələrə dəstək verən "Nar Mobile" səylərini davam etdirir. Bu gün də şirkətimiz TQDK ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq ilk növbədə abituriyentlərin qeydiyyat məsələlərində rahatlığını təmin edəcək  və hazırda qızıldan dəyərli olan vaxtlarına qənaət edəcəklər.

İnanıram, bu xəbər abituriyentlər üçün çox sevindirici olacaq və yeri gəlmişkən, hər birinə qarşıdan gələn imtahanlarda uğurlar arzulayıram" – deyə "Azerfon" şirkətinin Biznesin inkişafı və kommunikasiyalar üzrə icraçı direktoru Leyla Nəsrullayeva bildirmişdir.Qeyd edək ki,  göndərilən SMS-lərin  qiymətlərinə əlavə olaraq ƏDV (18%) tətbiq edilir.

RƏVAN




Baxış sayı: 1261

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024