12px13px15px17px
Tarix:23/04/12

Azərbaycanda ilk dəfə olaraq Bakıda rəqəmli radio yayıma başlanıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən radio-televiziya yayımı sahəsində daha bir yeni texnologiya olan rəqəmli radio (HD radio) yayımı tətbiq edilib. Hazırda Bakı şəhəri və Abşeron yarımadasında 105.0 Mhs-də analoq FM yayımı ilə eyni tezlikdə HD formatında Respublika və İctimai Radionun proqramları yayımlanmağa başlayıb.

HD radio yayıma keçidin əsas məqsədi radio proqramlarının qəbul keyfiyyətinin yüksəldilməsi, tezliklərdən səmərəli istifadə edilməsi və radio proqramla yanaşı dinləyicilərə əlavə olaraq mətn və qrafik məlumatların ötürülməsi imkanlarının yaradılmasıdır. 

Qeyd edək ki, HD radio proqramları HD radioqəbuledicilər vasitəsilə, eləcə də son bir neçə ildə istehsal olunan avtomobillərdə qəbul etmək mümkündür. 




Baxış sayı: 1635

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024