12px13px15px17px
Tarix:23/04/12

Əsas kapitalın 4 faizi rabitə və informasiya sahəsinə yönəldilib

«Ölkədə əsas kapitalın 4 faizi rabitə və informasiya sahəsinə yönəldilib». “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev söyləyib. O, 2012-ci ilin birinci rübündə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayarkən bildirib ki, bəzi istiqamətlər üzrə qiymət artımları baş verib.

Onun sözlərinə görə, qeyri-ərzaq məhsullarından mobil telefon və onun müəyyən hissələrinin qiyməti bahalaşıb: «Onu da bildirim ki, ölkədə ümumi daxili məhsul istehsalı 0,5 faiz artaraq 12,3 milyard manata çatıb, əlavə dəyərin 194,4 milyon manatı və ya 1,6 faizi rabitədə istehsal olunub. Emal bölməsində məhsul istehsalı 21,9 faiz, kompyuter və digər elektron avadanlıqları istehsalı isə 37,0 dəfə artıb».





 
 
SEYMUR
 
 
 
 




Baxış sayı: 1185

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024