12px13px15px17px
Tarix:23/04/12

İsrail Yaxın Şərqin “Google Street”-in panorama xəritəsində təqdim edilmiş ilk ölkəsi olub

İsrail hakimiyyəti ilə aparılan çətin danışıqlardan bir neçə ay sonra “Google”  internet şirkəti yəhudi dövlətinin 3 ən böyük şəhərindən küçələrin panorama xəritəsini populyar “Street View” xidmətinə əlavə edib.

“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən  bildirir ki, beləliklə, İsrail dövləti Yaxın Şərqin “Google” şirkətinin kartoqrafiya xidmətində təqdim edilmiş ilk dövləti olub. Hazırda qlobal şəbəkənin bütün istifadəçiləri Yerusəlim, Təl-Əviv və Hayfa şəhərlərinə virtual şəkildə baxa bilərlər. Panorama xəritəsində Müqəddəs torpağın 3 ən böyük şəhərinin diqqətəlayiq yerlərinə baxmaq mümkündür.

İsrail dövlətinin təhlükəsizlik xidməti xidmətin ölkə ərazisində istifadəyə verilməsinə müqavimət göstərib. Belə ki, onlar iddia ediblər ki, terrorçular xəritədən istifadə edə bilər. Buna görə də internet-şirkət strateji əhəmiyyətli obyektlərin ətrafındakı təsvirləri retuşlayıb.

Məlumat üçün bildirim ki, küçələrin panorama görünüşünə təxminən 2,5 metr hündürlükdən baxmağa imkan yaradan “Google Street View” xidməti  2007-ci il mayın 25-də istifadəyə verilib.
 
EMİL




Baxış sayı: 1288

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024