12px13px15px17px
Tarix:23/04/12

Prokurorluq orqanlarında İKT-nin tətbiqi genişləndirilir

Prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi sahəsində  islahatlar sürətlə həyata keçirilir.

Bu işlərin tərkib hissəsi olaraq Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin informasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən hazırlanmış "Elektron Sənəd Dövriyyəsi" proqramına ilkin mərhələdə Baş Prokurorluğun idarə və şöbələrinin, növbəti mərhələdə Respublika Hərbi Prokurorluğunun, Bakı şəhər Prokurorluğunun, Bakı şəhərinin rayon prokurorluqlarının, daha sonra isə rayon (şəhər) və ərazi hərbi prokurorluqlarının qoşulması nəzərdə tutulub.  “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Hazırda Baş Prokurorluğun hər bir idarə və şöbələrində elektron arxivlər yaradılmaqla, sənədlərin elektron dövriyyəsi və idarədaxili mübadiləsinin geniş tətbiq olunması, eyni zamanda Baş Prokurorluq və bütün tabe prokurorluqlar arasında optik kabel vasitəsilə vahid şəbəkənin yaradılması, sistemin fəaliyyətini təmin edə biləcək müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində konkret tədbirlər həyata keçirilir.




CAHANGİR




Baxış sayı: 1222

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024