12px13px15px17px
Tarix:23/04/12

TQDK-da elektron məlumat bazasının təhvil alınması üzrə xüsusi komissiya yaradılıb

Məlum olduğu kimi, cari ildən etibarən respublikanın bütün şəhər və rayonlarında (Naxçıvan MR istisna olmaqla) ümumi orta təhsil müəssisələrində ümumi (9 illik) və tam (11 illik) orta təhsilini başa vuran gənclərin yekun buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılacaq.

TQDK-nın məlumatına görə, komissiya tərəfindən bu istiqamətdə kompleks tədbirlər həyata keçirilir. İmtahan mərkəzlərinin müəyyənləşdirilməsi, imtahan rəhbərləri, zal nəzarətçilərinin bu imtahanlara hazırlığı, test bankının, proqram təminatının formalaşdırılması, eləcə də təşkilati işlərlə bağlı genişmiqyaslı hazırlıq işlərinə başlanıb.

TQDK sədrinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyindən buraxılış imtahanları üçün istifadə olunan maddi-teхniki avadanlığın və elektron məlumat bazasının təhvil alınması üçün xüsusi komissiya yaradılıb.





CAHANGİR




Baxış sayı: 914

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024