12px13px15px17px
Tarix:23/04/12

Polislər də virus yaradır?

Kibercinayətkarların yaratdığı virus Böyük Britaniya və Almaniya daxil olmaqla, artıq 13 ölkədə istifadəçilərin kompyuterlərini blok edib. Virus kompyuteri blokdan çıxarmaq üçün pul tələb edir və hüquq-mühafizə orqanlarının adı altında maskalanır. Bu barədə Skotland Yardın  bəyanatına istinadən Britaniyanın “The Telegraph” nəşri məlumat verib.

“İCTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, kompyuter təhlükəsizliyi ilə məşğul olan “F-Secure” şirkətinin məlumatına görə, 2012-ci ilin martından etibarən bu kompyuter virusu 13 ölkədə yaşayan minlərlə istifadəçinin kompyuterini yoluxdurub.

Kibercinayətkarlar istifadəçinin kompyuterini virusa yoluxdurduqdan sonra onun yerini müəyyən edir və yerli hüquq-mühafizə orqanları adından yerli dildə mesaj göndərirlər. Məsələn, istifadəçilər Böyük Britaniyada Skotland Yard polisindən mesaj alıblar.

“F-Secure” tədqiqat bölməsinin direktoru Mikko Hipponen (Mikko Hypponen) bildirib ki, bir çox istifadəçilərin kompyuterləri bu virusa ona görə yoluxub ki, onlar veb-səyyahlarında quraşdırılmış plaqinləri son  versiyalara qədər yeniləməyiblər.

Skotland Yard nümayəndələri bildiriblər ki, hüquq-mühafizə orqanları heç vaxt bu üsulla pul toplamaz. Onlar, həmçinin qeyd ediblər ki, bu virusdan zərərçəkmiş istifadəçilər dərhal polisə müraciət etməlidirlər.

EMİL




Baxış sayı: 1650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024