12px13px15px17px
Tarix:24/04/12

“Nokia” şirkəti Vyetnamda zavod tikir

Finlandiyanın mobil telefon istehsalçısı olan "Nokia" şirkəti Vyetnamda yeni zavod tikintisinə başlayıb. Zavod Hanoy şəhərindən 30 kilometr uzaqda yerləşəcək. "Nokia" şirkəti 17 hektar ərazini uzunmüddətli icarəyə götürüb və 2013-cü ilin əvvəlinə kimi yeni istehsal obyektinin tikintisini başa çatdırmaq niyyətindədir.

"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən  bildirir ki, "Nokia" şirkətinin Vyetnamda zavod tikməsi strateji addımdır. Birincisi, burada iş qüvvəsi və istehsalın qiyməti Avropa ilə müqayisədə çox aşağıdır, ikincisi, Asiyada yeni smartfonlara çox yüksək tələbat var. Nəhayət, Vyetnamda smartfonlara tələbat yüksəkdir. Bu da şirkətin xeyrinədir.
 




EMİL




Baxış sayı: 1481

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024