12px13px15px17px
Tarix:24/04/12

Sürücülər qayda pozduqlarını SMS vasitəsi ilə öyrənəcək

Yaxın vaxtlarda sürücülər cərimə balları, qayda pozuntusuna görə bütün məlumatları SMS vasitəsi ilə əldə edəcək. Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, yeniliyin tətbiqi  sürücülərin məsuliyyətini bir qədər də artıracaq. Belə ki, əvvəllər sürücülərin qayda pozuntuları barədə məlumat onların yaşadığı ünvana bildirişlə gəlirdi. Yol polisləri operativliyi artırmaq üçün onlara zəng də etməli olurdu.

Yeniliyin tətbiqindən sonra bütün bu işlər daha sürətli şəkildə davam edəcək. Bu layihənin reallaşması nəticəsində sürücülər qayda pozduqdan sonra dərhal bu marədə mobil telefonuna göndərilən SMS-lə məlumatlandırılacaq.
 




Baxış sayı: 1355

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024