12px13px15px17px
Tarix:24/04/12

İyul ayında milyonlarla kompyuter internetsiz qala bilər

Federal Təhlükəsizlik Bürosunda (FTB) çalışan mütəxəssislər bildiriblər ki, 2012-ci il iyulun 9-da milyonlarla kompyuter internetsiz qala bilər. Bunun səbəbi "DNS Changer" adlı troyan proqramıdır. Məlumat üçün bildirim ki, bu troyan proqramı ilk dəfə 2007-ci ildə aşkar edilib və indiyə qədər tamamilə aradan qaldırılmayıb.

"İCTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, troyan istifadəçilər tərəfindən göstərilmiş ünvanlara keçid üzrə sorğuları ələ keçirir və kompyuterləri kibercinayətkarların nəzarəti altında olan serverlərə  yönəldir və nəticədə onlara pullu reklam elanları göstərilir. Keçən il "FTB" agentləri tərəfindən həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində 2 əsas server müsadirə edilib. Nəticədə reklam elanlarının göndərilməsi dayandırılıb.

Bununla belə, troyana yoluxmuş kompyuterlər qaldığına görə mütəxəssislər 2 müsadirə edilmiş serverin əvəzinə müvəqqəti 2 "təmiz" kompyuter qoyublar.

Onun xidmət müddəti isə iyulun 9-da bitəcək. "DNS Changer" troyanına yoluxmuş bütün kompyuterlər internetə bu serverlər vasitəsilə daxil olurlar, buna görə onlar dayandırılsa, o zaman troyana yoluxmuş bütün kompyuterlər internetə daxil ola bilməyəcək. Mütəxəssislər iyulun 9-na qədər istifadəçilərdən öz kompyuterlərini yoxlamağı xahiş edirlər.

EMİL




Baxış sayı: 1003

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024