12px13px15px17px
Tarix:24/04/12

Koreyalı mütəxəssislər poçt sahəsində islahat aparacaq

Yaxın vaxtlarda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) "Azərpoçt" MMC-nin Poçt Daşıma Mərkəzində (PDM) poçtun çeşidlənməsi işinin avtomatlaşdırılması üçün qrant ayıracağı gözlənilir. Bu barədə agentliyin Azərbaycan ofisinin rezident nümayəndəsi xanım Kim Eun-suk "Azərpoçt" MMC-də olarkən razılıq əldə olunub.

Müəssisədən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, layihə bütün növ poçt göndərişlərinin (məktub, bağlama, banderol və digər növ standartlaşdırılmış poçt göndərişləri) avtomatlaşdırılmış emalını, çeşidlənmə işinin avadanlıqlar vasitəsilə aparılmasını və bununla da poçtun emalına sərf edilən vaxtın maksimum qısaldılmasını və operativliyin daha da artırılmasını təmin edəcək.  Layihəni reallaşdırmaq üçün koreyalı mütəxəssislər poçt daşıma mərkəzlərində (PDM) araşdırma aparıblar. Yaxın vaxtlarda bununla bağlı qərar veriləcəyi gözlənilir.

Hesablamalara görə, bu xidmətin tətbiqi ilə  "Azərpoçt" MMC-nin məktub göndərişlərinin həcmi təkcə bank hesab çıxarışları müqabilində ildə 10 milyon ədədə qədər arta bilər ki, bu da bütün məktub korrespondensiyasının illik həcmindən təxminən 2 dəfə çoxdur.

 Eyni zamanda "Poçt göndərişlərinin avtomatlaşdırılmış emalı" layihəsinin həyata keçirilməsi ilə "Azərpoçt" MMC poçtun PDM-də emalı xərcinin azaldılması, avtomatlaşdırılmış çeşidləmənin hesabına poçtun çatdırma müddətinin qısaldılması, çeşidləmə zamanı insan səhvindən qaynaqlanan səhvlərin minimuma endirilməsi, bank hesab çıxarışlarının çatdırılması hesabına illik məktub korrespondensiyasının həcminin 2-3 dəfə artırılması, poçt göndərişlərinin izlənməsi işinin təkmilləşdirilməsi və avtomatlaşdırılmış izləməyə keçidin əldə edilməsinə nail olacaq.

Belə ki, müəssisə, həmçinin poçt göndərişlərinin həcminin hazırkı səviyyədən 10 dəfəyədək artırılması, poçt göndərişlərindən kütləvi şəkildə istifadə edən iri dövlət təşkilatlarının və digər korporativ müştərilərin markalayıcı maşınlarla təmin edilməsi hesabına poçt ödəniş nişanlarına sərf edilən xərclərin azaldılmasını, hibrid poçt xidmətlərinin tətbiqinin genişləndirilməsi, poçt infrastrukturunun daha da təkmilləşdirilməsi, poçt xidmətlərindən əldə olunan gəlirlərin artırılması kimi mütərəqqi nailiyyətlər də əldə edəcək.

RƏVAN




Baxış sayı: 871

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020