12px13px15px17px
Tarix:26/04/12

“Firefox 12” veb-səyyahı işıq üzü görüb

“Mozilla” cəmiyyəti “Firefox” veb-səyyahının 12-ci versiyasını elan edib.“İCTnews.az” elektron xəbər xidməti “net.compulenta.ru” saytına istinadən  bildirir ki, “Firefox 12” veb-səyyahında əsas yeniliklərdən biri "sakit" yenilənmə rejimidir: veb-səyyah artıq “Windows” əməliyyat sistemi ilə işləyən kompyuter istifadəçilərini yeniləmə paketinin quraşdırılması zamanı dialoq pəncərələri ilə narahat etməyəcək.

“Mozilla” cəmiyyətindən qeyd ediblər, yeni rejim sistem təhlükəsizliyini azaltmayacaq. Gələcəkdə “Firefox” veb-səyyahının “Mac OS X” və “Linux” əməliyyat sistemləri üçün versiyalarında da reallaşdırmaq planlaşdırılır.

“StatCounter” tədqiqat şirkətinin hesablamasına görə, “Firefox” veb-səyyahı təxminən 23,7% göstərici ilə hazırda populyarlığa görə üçüncüdür. Birinci və ikinci yerlərdə 32,4 və 31,5 faiz göstərici ilə müvafiq olaraq “İnternet Explorer” və “Chrome” veb-səyyahları qərarlaşıb.



EMİL




Baxış sayı: 751

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020