12px13px15px17px
Tarix:26/04/12

Azərbaycan nümayəndə heyəti “e-hökumət”in tətbiqi ilə tanış olublar

 Cari il 23 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın İnformasiya texnologiyaları və proqram təminatı sektorunun əməkdaşları Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının Demokratiya, Yaxşı İdarəçilik və Sabitlik 1-ci Platformasının dövlət idarəetmə islahatları paneli üzrə "Verilənlər Mübadiləsi Agentliyinin fəaliyyəti" mövzusunda keçirilən seminarda iştirak edib.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə komissiyanın yaydığı məlumatda bildirilir. Seminarın məqsədi Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının üzvü olan ölkələrdə analoji qurumların yaradılması və təcrübə mübadiləsi olub.

Tədbirdə "Gürcüstanda e-hökumət", "Verilənlər mübadiləsinin infrastrukturu: prinsiplər və layihələndirmə" və "Verilənlər mübadiləsinin infrastrukturu: praktik həllər" mövzularında çıxışlar dinlənilib.

"E-hökumət"in tətbiqi kimi seminar iştirakçılarının Rustavi şəhərində yaradılmış Ədliyyə Evinə səfəri təşkil edilib və onlara mərkəzin işi barədə ətraflı məlumat verilib.


CAHANGİR




Baxış sayı: 1169

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024