12px13px15px17px
Tarix:27/04/12

“Samsung” şirkəti hesabat verib

“Samsung Electronics” şirkəti 2012-ci ilin ilk 3 ayı üzrə rüblük hesabatını dərc edib.“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, şirkətin mənfəəti birinci rübdə 81% artaraq 5,05 trilyon Koreya vonu və ya 4,4 milyard dollar təşkil edib.

Şirkətin hesabat məlumatlarına əsasən, “Samsung” şirkəti ilk 3 ay ərzində  bazara 93,5 milyon mobil telefon tədarük edib. Nəticədə Cənubi Koreya istehsalçısı dünyada ən böyük mobil telefon satıcısı olub. Şirkət smartfonlarla bağlı göstəricilərini açıqlamayıb. Ekspertlərin fikrincə, şirkət cari ilin birinci rübündə təxminən 44-47 milyon smartfon satıb. Müqayisə üçün: “Apple” korporasiyası analoji dövrdə 35,1 milyon “iPhone” smartfonu  və 11,8 milyon “iPad” planşet kompyuteri satıb.

Şirkət birinci rübdə çip istehsalı üzrə 760 milyard həcmində əməliyyat mənfəəti əldə edib. Bu göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 54% aşağıdır.

“Samsung Electronics” şirkəti üçün üçüncü strateji cəhətdən mühüm  istiqamət televiziya bölməsi sayılır. Şirkət hesabat dövründə bu seqmentdən 280 milyard həcmində mənfəət əldə edib.
 
EMİL
 




Baxış sayı: 844

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024