12px13px15px17px
Tarix:27/04/12

Dövlət qulluğu üzrə elektron xidmətlər təkmilləşdirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyası tərəfindən 7 elektron xidmətin göstərilməsi nəzərdə tutulur. Komissiyanın internet saytında bu xidmətlərin siyahısı göstərilib.

DQMK-nın İnformasiya texnologiyaları və proqram təminatı sektorundan  “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, dövlət qulluğuna qəbul üzrə e-qeydiyyat, müsabiqə və müsahibə nəticələri barədə məlumatların əldə edilməsi, dövlət qulluqçularının reyestrindən məlumatların əldə edilməsi, dövlət orqanları tərəfindən ehtiyat kadrlar barədə müvafiq məlumatların əldə edilməsi və dövlət qulluğu sahəsində müxtəlif statistik hesabatların təqdim edilməsi üzrə elektron xidmətlər artıq fəaliyyət göstərir.

Lakin Elektron Hökumət Dövlət İnformasiya Sisteminə uyğunlaşdırılması baxımından müəyyən təkmilləşdirmə işləri aparılır. Bununla yanaşı, dövlət qulluğu stajı kalkulyatoru  və onlayn sınaq test imtahanlarının keçirilməsi ilə əlaqədar xidmətlərin elektron qaydada təşkil olunması istiqamətində işlər davam etdirilir.



CAHANGİR
 
 
 




Baxış sayı: 1259

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024