12px13px15px17px
Tarix:27/04/12

«Azərpoçt» MMC inşa müsabiqəsinin qaliblərini mükafatlandırıb

«Azərpoçt» MMC və Təhsil Nazirliyi (TN) Ümumdünya Poçt İttifaqının (ÜPİ) xətti ilə 2011-2012-ci illər üzrə ölkəmizin məktəbliləri arasında 41-ci beynəlxalq epistolyar inşa müsabiqəsi keçirib.

Bu gün «Azərpoçt» MMC-də müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunub. Tədbirdə çıxış edən «Azərpoçt» MMC-nin baş direktor müavini Sübhan Kazımov bildirib ki, ÜPİ,  «Azərpoçt» MMC və TN üzrə hər biri 1 mövzu olmaqla müsabiqəyə 3 mövzu təklif edilib.

«Heyranı olduğun idmançıya və ya idman xadiminə məktub yaz və ona söylə ki, Olimpiya Oyunları sənin üçün nə dərəcədə əhəmiyyət daşıyır», «M.F.Axundovun yaradıcılığında vətənpərvərliyin, maarifçiliyin və azad düşüncə tərzinin tərənnümü», «Meşələr planetimizin «ağciyər"idir, meşələri qoruyun!» mövzularında 39152 şagird inşa yazıb.

S.Kazımovun sözlərinə görə, daxil olmuş bütün inşa yazıları müsabiqənin şərtlərinə görə, «Azərpoçt» MMC-nin poçt filialına göndərilmiş, yerli Təhsil idarələrinin müəllimləri tərəfindən yoxlanılıb, hər bir mövzu üzrə 2 qalib olmaqla hər PF-dən 6 qalib inşa yazısı «Azərpoçt» MMC-yə təqdim edilib.

Həmin inşa yazıları Bakı Baş Təhsil İdarəsi tərəfindən bir daha yoxlanılaraq «yaxşıların yaxşısı» seçilib və 31 qalib müəyyən edilib. ÜPİ-nin təqdim etdiyi mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə göndərilib.

S.Kazımov deyib ki, bütün bunları nəzərə alan «Azərpoçt» MMC-nin baş direktoru Qəmbər Bəybalayev əmr imzalayıb. Əmrə görə, I yerin qalibləri 100 manat pul mükafatı və fəxri fərmanla təltif olunub. II və III yerin qalibləri isə müvafiq olaraq 80 və 60 manat pul mükafatları ilə, eləcə də fəxri fərmanla mükafatlandırılıblar. Bundan əlavə, həvəsləndirici – IV yerə layiq görülənlər də unudulmayıb.

Onlar da 40 manat pul mükafatı, eləcə də fəxri fərmanla təltif olunub.

Sonra Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbərinin müavini İlham Mərdanov  çıxış edərək bildirib ki, bu mərasim  ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə təşkil olunan tədbirlər silsiləsinə daxildir: «Məktəblilər arasında belə bir müsabiqənin keçirilməsi olduqca təqdirəlayiq  haldır. Bu müsabiqə yeniyetmələrdə dövlətə, vətənə sevgi hissi aşılayır».
 
Sonra qaliblər mükafatlandırılıb.
 
I yer
  1. Məmmədov Elçin Mehman oğlu
  2. Məmmədli Samir Camal oğlu
 
II yer
  1. Xəlilli Vüqar Nemət oğlu
  2. Vəlizadə Qənirə Asif qızı
  3. Cəfərova Aygün Kamran qızı
  4. Səmədov Nicat Natiq oğlu
  5. Zamanlı Nəzrin Nüsrət qızı
 
III yer 
  1. Şirinov Ənvər Hasil oğlu
  2. Məmmədli Rüfət Əlövsət oğlu
  3. Əhmədov İsmayıl Oruc oğlu
  4. Əsgərov Məhərrəm Mirzə oğlu
  5. Pençiyeva Türkan Cabbar qızı
  6. Ramisli Günay Azər qızı
  7. Yaqublu Fuad Mikayıl oğlu
  8. Dadaşova Nəzrin Cəmil qızı
 
Həvəsləndirici – IV yer
  1. Hacıyev Emil Bədəl oğlu
  2. Hümmətzadə Gülyaz Namiq qızı
  3. İsayev Emil Əli oğlu
  4. Bədəlov Nail Mayıl oğlu
  5. Məmmədova Zeynəb İlqar qızı
  6. Quliyeva Yeganə Mizəxan qızı
  7. Hüseynova Aysel Rafiq qızı
  8. Xalisbəyli Rəvanə İsa qızı
  9. Quliyeva Aydan İlqar qızı
  10. Nəbiyeva Güləndam Camal qızı
  11. Adilzadə Alidə Ədalət qızı
  12. Hacızadə Telman Camal oğlu
  13. Keysəruxsaya Fatimə Fuad qızı
 
SEYMUR




Baxış sayı: 2909

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






13 Avqust 2020

13/08/20
Azərbaycan nümayəndəsi UNESCAP-ın ASİSM layihəsi üzrə İdarəetmə Komitəsinin iclasında iştirak edib

BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Asiya-Sakit okean 

13/08/20
Dünyada milyonlarla istifadəçi Çinin casus proqramlarını quraşdırıb

Mütəxəssislərin araşdırmasına görə, dünyada milyonlarla istifadəçi “QuVideo Inc.” şirkətinin 

13/08/20
Cənubi Koreyada “5G” şəbəkələrinin sürəti ölçülüb

Cənubi Koreyanın paytaxtı Seulda və ölkənin digər altı böyük şəhərində beşinci nəsil mobil rabitə 

13/08/20
“Twitter”də yeni funksiya istifadəyə verilib

“Twitter” mikrobloqlar xidməti istifadəçilərə onların yazılarına cavab verə bilən şəxslərin dairəsini

13/08/20
Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

Bu gün Bakı Teleqüllə Kompleksinin istismara verilməsindən 24 il keçir

13/08/20
“Honor Hunter” oyun noutbukları hazırlanır

Çinin telekommunikasiya nəhəngi “Huawei” şirkətinə məxsus “Honor” markası yeni seriyalı portativ kompüterlərin haz

13/08/20
Maliyyə təşkilatlarının pandemiyaya görə İT xərcləri 5 faiz azalacaq

“Gartner” analitik şirkəti 2020-ci ildə maliyyə sektorunda qlobal informasiya texnologiyaları (İT) xərclərinin koronavirus pandemiyasına&n

13/08/20
“iPhone 12” smartfonunun gücü açıqlanıb

Yeni “Apple” smartfonunun gücü kompüterin məhsuldarlığına bərabər olacaq

13/08/20
Dünyanın ən bahalı brendləri məlum olub

“Kantar” analitik agentliyi dünyada ən bahalı brendlərin yenilənmiş illik reytinqini 

12 08 2020

12/08/20
Yeni virus istifadəçilərdən VPN xidmətinin məlumatlarını oğurlayır

İlk xatırlatması 2014-cü ilə təsadüf edən “Agent Tesla” kompüter virusu yenidən kibertəhlükəsizlik üzrə mütə

12/08/20
88 düymlük “LG Signature” televizoru “8К” formatlı “OLED” ekranla təchiz olunub

“LG Electronics” şirkəti premium sinfinə aid “LG Signature” (OLED88ZX9LA modeli) televizorunu təqdim edib. 

12/08/20
“Xiaomi” şirkəti qabaqcıl smartfonunu təqdim edib

“Xiaomi” şirkəti qabaqcıl “Mi 10 Ultra” smartfonunu təqdim edib

12/08/20
“Xiaomi Redmi Note 9 Onyx Black” smartfonu beynəlxalq bazarda satılacaq

Çinin “Xiaomi” şirkəti populyar “Redmi Note 9” smartfonunu yeni rəng çalarında təqdim edib

12/08/20
“Samsung Galaxy Note20” və “Galaxy Tab S7” qurğularının xüsusi versiyaları nümayiş olunub

“Samsung” şirkəti “Samsung Galaxy Note20” smartfonunun və “Galaxy Tab S7” planşetinin “Enterprise Edition&rd

12/08/20
Şəffaf “Xiaomi” televizoru təqdim edilib

“Xiaomi” şirkəti yaradılmasının on illiyi münasibətilə “Mi TV Lux Transparent Edition” adlı şəffaf televizor təqdim edib<