12px13px15px17px
Tarix:07/07/11

Gələn ildən internet vasitəsilə şirkət yaratmaq mümkün olacaq

Azərbaycanda hüquqi şəxslərin elektron qeydiyyatına başlamaq üçün ən mühüm şərt elektron imzanın tətbiq edilməsidir. Vergilər nazirinin I müavini Natiq Əmirov bildirib ki, hazırda bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində aktiv iş aparılır. N.Əmirovun sözlərinə görə, yaxın vaxtlarda elektron imzanın tətbiqinə başlanacaq: «Bundan sonra qanunvericilikdə müvafiq dəyişikliklərdən sonra 2012-ci ildə hüquqi şəxslərin ilkin qeydiyyatını elektron qaydada həyata keçirə biləcəyik».
Fiziki şəxslər isə hətta fəaliyyətlərini müvəqqəti dayandırdıqlarını da elektron formada bəyan edə bilər. N.Əmirovun sözlərinə görə, fiziki şəxsin qeydiyyatı, onun VÖİN-i ləğv edilmir: «VÖİN ona bir dəfə verilir və həyatı boyu bu, qüvvədə qalır».
Lakin nazir müavini əlavə edib ki, fiziki şəxs istəsə, öz fəaliyyətini müvəqqəti olaraq dayandırması barədə internet vasitəsilə elektron ərizə təqdim edə bilər: «Bu ərizələr sistem tərəfindən qeydiyyata alınaraq icra edilir».



Baxış sayı: 1122

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024