12px13px15px17px
Tarix:27/04/12

Gömrük əməkdaşlarının 65%-i “Elektron imza” kartlarından istifadə edir

“Azərbaycan Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn tapşırıqları həyata keçirmək məqsədilə Dövlət Gömrük Komitəsində gömrük xidmətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahələrinin daha da genişləndirilməsi və müasirləşdirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılıb”.

Bu fikirləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən “Elektron hökumət” portalının təqdimatı ilə əlaqədar keçirilən tədbirdə Dövlət Gömrük Komitəsi Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin İnternet resurslarının idarə olunması şöbəsinin rəisi Anar Süleymanov söyləyib.

Onun sözlərinə görə, gömrük xidmətində vahid avtomatlaşdırılmış idarəetmə sistemi, resursların idarə olunması, kargüzarlıq işinin və sənəd dövriyyəsinin avtomatlaşdırılmış idarəetmə sistemi, kadrların idarə olunmasının avtomatlaşdırılmış sistemi, həmçinin elektron imza və dövlət orqanları ilə qarşılıqlı məlumat mübadiləsi sistemlərinin tətbiqi belə layihələrdəndir.

Məsələn, 1 iyul 2010-cu il tarixdən   2000-ə yaxın gömrük əməkdaşı “Elektron imza” kartları ilə təmin edilib. Bu isə Respublika üzrə gömrük əməkdaşlarının ümumi sayının təxminən 65%-ni təşkil edir. Gömrük əməkdaşları bu kartlardan istifadə etməklə VAİS-də “elektron imza” prinsipi əsasında müxtəlif gömrük əməliyyatlarını həyata keçirirlər.

“Bununla yanaşı, gömrük xidmətlərinin avtomatlaşdırılması və digər dövlət qurumları ilə inteqrasiyası məsələlərinə də xüsusi diqqət yetirilir. Hazırda DGK Nəqliyyat, Vergilər, Kənd Təsərrüfatı, Səhiyyə, Fövqəladə Hallar nazirlikləri, Mərkəzi Bank, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Dəniz Administrasiyası ilə qarşılıqlı məlumat mübadiləsini həyata keçirir,” – deyə şöbə rəisi bildirib.

CAHANGİR
 




Baxış sayı: 1099

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024