12px13px15px17px
Tarix:28/04/12

“Microsoft” “Android” platforması üzərindəki təsirini artırır

“Microsoft” korporasiyasının öz “Windows Phone” əməliyyat sisteminin inkişafı üçün milyonlarla dollar xərcləməsinə baxmayaraq, proqram nəhəngi “Google” şirkətinin “Android” platformasından daha çox gəlir əldə edir.

Məsələ ondadır ki, “Android” proqram platformasında patentləri “Microsoft” korporasiyasına məxsus texnologiya və hazırlamalardan istifadə olunub. Nəticədə mobil texnika istehsalçıları patentlənmiş texnologiyalardan istifadəyə görə Amerika korporasiyasına lisenziya ödənişi ödəməlidirlər. “Microsoft” şirkəti ilə bir çox istehsalçılar arasında bu cür saziş imzalanıb.

 Sonuncu belə istehsalçı “Pegatron” olub.“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Microsoft” və “Pegatron” şirkətləri “Android” və “Chrome” əsasında işləyən qurğulardakı texnologiyalardan istifadə üçün lisenziya ödənişləri haqqında patent sazişi imzalayıblar.

“Microsoft” korporasiyasının əqli mülkiyyət və lisenziyalaşdırma məsələləri üzrə vitse-prezidenti və hüquq məsləhətçisi Horasio Qutierrez (Horacio Gutierrez) “Android” və “Chrome” əsasında işləyən qurğularda istifadə edilən əqli mülkiyyətlə bağlı məsələlərin həlli üzrə proqramın uğurunu qeyd edib.

EMİL





Baxış sayı: 1417

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024