12px13px15px17px
Tarix:28/04/12

Rusiyanın antivirus proqram təminatı bazarının həcmi 334 milyon dolları ötüb

“Anti-Malware.ru” analitik mərkəzinin məlumatına görə, Rusiyanın antivirus proqram təminatı bazarının həcmi 2011-ci ilin nəticəsinə görə, 334,6 milyon dollar təşkil edib. Bu göstərici keçən illə müqayisədə 23,1% çoxdur.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Anti-Malware.ru” analitik mərkəzinin idarəedici partnyoru İlya Şabanovun sözlərinə görə, yerli antivirus proqram təminatı bazarının həcmi il ərzində 10-15 faiz templə artacaq.

Dərc edilmiş hesabatda qeyd edilib ki, antivirus proqram təminatı bazarının 52.7 faizinə "Kasperski Laboratoriyası" şirkəti nəzarət edir. Şirkətin məhsullarının satış həcmi 176,3 milyon dollar təşkil edib, halbuki “Eset” şirkətinin müştəriləri proqram təminatına 90,5 milyon dollar vəsait xərcləyiblər.

“Eset” şirkəti bazarın 27 faizinə nəzarət edir və ikinci yerdə qərarlaşıb. “Symantec” şirkəti 7,6 faiz bazar göstəricisi ilə üçüncüdür. İlk beşlikdə, həmçinin "Doktor Veb" (6,7 faiz və 22,5 milyon dollar) və “Trend Micro” (3,3 faiz və 11 milyon dollar) şirkətləri yer alıblar.

“Anti-Malware.ru” analitik mərkəzinin məlumatına görə, antivirus proqram təminatı daha çox ticarət şəbəkələrində satılır. Belə ki, 2011-ci ildə satışların 26 faizi ticarət şəbəkələrinin payına düşüb. Dövlət sektorunda 28 faiz  artım qeydə alınıb. Korporativ seqmentdə satışlar isə 18 faiz artıb.
 
EMİL
 




Baxış sayı: 1528

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024