12px13px15px17px
Tarix:30/04/12

İmişlidə yerli sakinlərin elektron xidmətlərdən istifadəsi üçün şərait yaradılır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərpoçt" MMC-nin dəstəyi ilə İmişlidə poçt rabitəsi sahəsində yeni pilot layihənin tətbiqinə başlanılacaq. Bu barədə  "Rabitə dünyası" qəzetinə İmişli Regional Poçt filialının rəisi Vaqif Vəliyev məlumat verib. Onun sözlərinə görə, rayon mərkəzindən 35 kilometr uzaqlıqda yerləşən  Aranlı kəndində poçt şöbəsində internet-klub yaradılacaq.

Pilot layihənin rayonun ən ucqar yaşayış məntəqələrində gerçəkləşməsi  sakinlərin informasiya və kommunikasiya texnologiyalarına çıxışının təmin olunması ilə yanaşı, gələcəkdə onların elektron müraciətlər etməsi üçün geniş imkanlar yaradacaq. Eyni zamanda bu xidmətlərdən yaxın kəndlərin sakinləri də yararlana biləcək. Hazırda kənddə müasir uslubda tikilən poçt şöbəsi vətəndaşlara poçt və maliyyə xidmətləri göstərir.

"Rabitə dünyası" qəzetinin ərazidə olan müxbirinin verdiyi məlumata görə, kənd sakinləri, xüsusilə gənclər RİTN-in bu addımını müsbət qarşılayıb və layihənin həyata keçirilməsinin onların asudə vaxtlarının daha səmərəli və mənalı keçirilməsinə şərait yaradacağını bildiriblər.  

V.Vəliyev bildirib  ki, İmişli Regional Poçt filialının 28 poçt şöbəsi var və pilot layihənin davamı olaraq  gələcəkdə digər böyük yaşayış məntəqələrində də internet-klublar yaradılacaq. Poçt şöbələrinin 14-ü yeni tikilən poçt şöbəsi binasında fəaliyyət göstərir.

Maddi texniki bazası zənginləşən poçt şöbələri kəndlərdə ənənəvi poçt xidmətləri ilə yanaşı, qeyri-ənənəvi poçt xidmətləri də göstərirlər. Hazırda  İmişli Regional Poçt filialının bank xidmətlərində 13 təşkilat istifadə edir. Bu təşkilatlar filialda hesab açmaqla bank əməliyyatlarını poçt üzərindən həyata keçirirlər. Filial üzrə rayonda üç istiqamətdə poçtun mübadiləsi həyata keçirilir. Bunun üçün filial 2 ədəd mübadilə avtomobili ilə təmin edilib.

Hazırda rayonda poçt şöbələrinin daha geniş şəkildə xidmət göstərməsi üçün təbliğat işləri aparılır. Aranlı poçt şöbəsində olarkən bunun bir daha şahidi olduq. Poçt şöbə rəisi bildirdi ki, şöbələrdə icbari avtomobil sığortasının həyata keçirilməsi sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Əvvəllər bunun üçün rayon mərkəzinə getməli olan kənd sakini hazırda öz avtomobilini, evini tərk etmədən, icbari sığortalada bilər.    

RƏVAN



Baxış sayı: 1432

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024