12px13px15px17px
Tarix:30/04/12

Gürcüstan, İran, İraq, Orta Asiya ölkələrinə internet trafiki Azərbaycan üzərindən ötürülür

Ölkədə əhalinin internet xidmətlərinə tələbatının artmasının və yaradılmış texniki imkanlığın nəticəsidir ki, 2010-cu illə müqayisədə beynəlxalq internet kanallarının ümumi tutumu 2.2 dəfə artaraq 86,8 Gb/s-ə çatıb. Artıq ölkəmiz trafikin ötürülməsi üzrə tranzit funksiyasını yerinə yetirir. Belə ki, Gürcüstan, İran, İraq, Orta Asiya ölkələrinə internet trafiki Azərbaycan üzərindən ötürülür.

2012-ci ilin I rübü ərzində dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.5 mln. dəqiqə azalaraq  152.5 mln. dəqiqə, çıxış trafikinin həcmi isə 5.6 mln. dəqiqə artaraq 45.6 mln. dəqiqə təşkil edib.

Ötən illə müqayisədə beynəlxalq çıxış trafiki 14,0  faiz artıb, giriş trafiki isə 8 faiz azalıb. Ümumi çıxış trafikinin artımı “Azercell” MMC-dən beynəlxalq istiqamətlərə ötürülən trafikin hesabına baş verib. Təhlillər göstərir ki, 2012-ci ilin I rübü ərzində  “Azercell” MMC-dən ötürülən trafikin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə  43.0 faiz (7,7 milyon dəq.) artıb.

Lakin qeyd edək ki, 2011-ci ilin noyabr ayından başlayaraq Azərbaycana beynəlxalq giriş zəngləri azalmaqdadır. Beynəlxalq giriş zənglərinin azalmasının başlıca səbəbi ölkədə genişzolaqlı internetin inkişafı və bu xidmət üzrə tariflərin aşağı endirilməsi olub.
Bundan başqa, beynəlxalq telefon kanallarının sayı 2011-ci illə müqayisədə 150  ədəd artırılaraq 9266 ədədə çatdırılıb.

Azərbaycanın tranzit qovşağa çevrilməsi məqsədilə Azərbaycan üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilərək Gürcüstanın dünya ölkələrinə çıxışının telefon trafikinin alternativ olaraq Azərbaycan üzərindən yönləndirilməsi təmin olunub.

Xəzər dənizaltı fiber-optik kabelin tikintisi ilə əlaqədar Qazaxıstanın “KazTransCom” şirkəti və TASİM layihəsi çərçivəsində müvafiq məsləhətçi şirkəti ilə müqavilələr əsasında tədbirlər davam etdirilib.




Baxış sayı: 1480

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024