12px13px15px17px
Tarix:30/04/12

«Azərpoçt» MMC Müstəqil Həmkarlar İttifaqı Komitəsinin «Bakı-2» şöbəsinin III hesabat-seçki konfransı keçirilib

«Azərpoçt» MMC Müstəqil Həmkarlar İttifaqı Komitəsinin «Bakı-2» şöbəsinin III hesabat-seçki konfransı keçirilib.

Konfrans öz işinə başlamamışdan öncə Təriqə Kazımova üzün müddət rabitə sahəsində çalışdığına görə fəxri fərmanla və pul mükafatı ilə mükafatlandırılıb. Bundan sonra «Azərpoçt» MMC Müstəqil Həmkarlar İttifaqı Komitəsinin «Bakı-2» şöbəsinin sədri Eldar Qasımov hesabatla çıxış edib.

O bildirib ki, respublikada köklü iqtisadi və sosial dəyişikliklər bütün ictimai münasibətləri əhatə etməklə, sosial-əmək sahəsinə daha əsaslı təsir göstərir və həmkarlar ittifaqları qarşısında çox ciddi vəzifələr qoyur.

Onun sözlərinə görə, Əmək müqaviləsinin şərtlərinə  uyğun  nəzərdə tutulmuş öhdəliklərə, Əmək Məcəlləsinə və əmək qanunvericiliyinə aid normativ hüquqi aktların tələblərinə, işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, rifah halının yaxşılaşdırılması üçün müəssisənin nizamnaməsinə və kollektiv müqaviləyə müvafiq olaraq «Azərpoçt» MMC-nin rəhbərliyi ilə birlikdə mühüm işlər görülüb: «Hesabat dövrü ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və rabitə işçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış kollektiv sazişə uyğun olaraq «Azərpoçt» MMC struktur bölmələri və onların Həmkarlar İttifaqları komitələri arasında 2  dəfə 2 il müddətinə kollektiv müqavilə bağlanılıb və müvafiq olaraq müqavilənin fəaliyyət müddəti 1 il uzadılıb.

"Əmək şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb. Belə ki, hesabat dövründə 511 ədəd kənd və qəsəbə tipli poçt şöbələri tikilib. Bundan əlavə, 9 yeni poçtamt binası inşa edilib və 55 poçt şöbəsi binası əsaslı təmir olunub.

Binalarda müasir tələblərə cavab verən avadanlıqlar quraşdırılıb. Bu tədbirlər 2000-dən çox işçinin iş şəraitinin yaxşılaşmasına səbəb olub. Bununla yanaşı, əməyin mühafizəsi sahəsində də mühüm işlər görülüb. Məhz buna görədir ki, hesabat dövründə heç bir istehsalat xəsarəti qeydə alınmayıb».

Hesabat dövründə 2 işçinin işdən qeyri-qanuni çıxarılması ilə bağlı  araşdırma aparıldığını vurğulayan E.Qasımov deyib ki, məsələ dəqiqləşdirildikdən sonra Q.Bəybalayevin tapşırığı ilə onlar işlərinə bərpa olunublar. O əlavə edib ki, Ümumdünya Poçt İttifaqının proqramına uyğun olaraq, Təhsil Nazirliyi ilə birlikdə respublika məktəbliləri arasında hər il inşa müsabiqəsi keçirilib.

Bundan əlavə, hər il 9 oktyabr Ümumdünya Poçt İttifaqının yaranma günündə fəaliyyəti ilə fərqlənən işçilərə fəxri fərmanlar və pul mükafatları verilib: «RİTN, RİMHİRK və «Spartak» idman cəmiyyəti rabitə işçiləri arasında «Sağlamlıq» devizi altında spartakiada keçirilir. «Azərpoçt» MMC-nin də idmançıları uğurla çıxış edib və fəxri fərman, eləcə də pul mükafatına layiq görülüblər».

Sonra «Azərpoçt» MMC-nin İnsan resursları şöbəsinin müdiri Sevil Nəsirova Gender komissiyasının işi ilə bağlı məlumat verib. O bildirib ki, 2004-cü ilin martından Gender bərabərliyi üzrə daimi fəaliyyət göstərən komissiya yaradılıb.

Komissiyanın işçilərin cinsindən asılı olmayaraq hər bir şəxs üçün eyni iş mühiti yaratdığını vurğulayan S.Nəsirovanın sözlərinə görə, görülən işlərin nəticəsi olaraq bir neçə qadın vəzifəyə gətirilib: «Rəhbər vəzifələrdə çalışan qadınlar  «Azərpoçt» MMC üzrə 9,6 faiz təşkil edir».
Sonra «Azərpoçt» MMC-nin baş direktoru Qəmbər Bəybalayev çıxış edib. O bildirib ki, Həmkarlar İttifaqı müəssisənin rəhbərliyindən asılı olmayan, tam müstəqil bir təşkilatdır.

Onların qaldırdıqları məsələləri də rəhbərlik həll etməlidir: Rabitə sahəsində bir sıra işlərin görüldüyünü və uğurlu nəticələrin  əldə olunduğunu vurğulayan Q.Bəybalayev deyib ki, bu gün bütün iş yerləri müasir avadanlıqla təmin olunub.
 
Sonda   «Azərpoçt» MMC Müstəqil Həmkarlar İttifaqı Komitəsinin «Bakı-2» şöbəsinin tərkibi seçilib:
  1. Qasımov Eldar
  2. Həsənov Abbas
  3. Hüseynov Yunis
  4. Rəsulova Məhluqə
  5. Hüseynova Mehriban
  6. Hüseynova Samirə
  7. Kazımov Şahin
  8. Osmanov Əlövsət
  9. Mikayılov Aydın
  10. Həsənova Sara
  11. Əhmədov Namiq
  12. Muradov Rəşad
  13. Məmmədov Rauf
 
Sonra «Bakı-2» şöbəsinin rəyasət heyəti seçilib:
  1. Qasımov Eldar
  2. Həsənov Abbas
  3. Hüseynov Yunis
  4. Rəsulova Məhluqə
  5. Hüseynova Mehriban
  6. Hüseynova Samirə
  7. Osmanov Əlövsət
 
Bundan sonra «Azərpoçt» MMC Müstəqil Həmkarlar İttifaqı Komitəsinin «Bakı-2» şöbəsinin sədrliyinə Eldar Qasımovun namizədliyi irəli sürülüb və o da yekdilliklə yenidən sədr seçilib.

Seymur QASIMBƏYLİ
 
 




Baxış sayı: 1388

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Avqust 2019

23/08/19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşları qəbul edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları

23/08/19
“iPhone” və “Samsung” smartfonlarında şüalanma səviyyəsi rəsmi normadan yuxarıdır

Son 3 ildə çıxarılmış “Apple” və “Samsung” smartfonları bəzən ABŞ Federal Rabitə Komissiyası (FCC) tərəfi

23/08/19
“Android” sisteminin adlandırılması sxemi dəyişdiriləcək

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyalarının şirniyyat və desertlərin şərəfi

23/08/19
İnsanı onun siluetinə görə müəyyənləşdirə və hərəkət trayektoriyasını izləyə bilən yeni texnologiya hazırlanıb

Rusiyanın “NtechLab” şirkəti insanı onun siluetinə görə tanıyan və şəhərdə hərəkət trayektoriyasını izləy

23/08/19
Yeni “Samsung” smartfonları təqdim edilib

“Samsung” şirkəti “Galaxy A50s” və “Galaxy A30s” smartfonlarını nümayiş etdirib. Orta qiymət seqmentinə

23/08/19
“Google”un neyroşəbəkəsi kiçik detal üzrə şəklin çəkilməsini tamamlamağı öyrənib

“Google Research”in mütəxəssisləri neyroşəbəkəyə bir kiçik fraqment üzrə şəklin çəkilməsini 

23/08/19
Texnologiyalar insanlara özlərini cavan hiss etməyə kömək edir

“Lenovo” şirkəti tədqiqat apararaq texnologiyaların insanları özlərini daha cavan və sağlam hiss etməyə m

23/08/19
“Apple” yeni smartfonlarını nümayiş etdirəcək

ABŞ-ın “Apple” korporasiyası sentyabrda üç yeni “iPhone” smartfonunu təqdim edəcək. Bu haqda öz mənbələ

23/08/19
Məlumatların mühafizəsi üçün yeni konsorsium yaradılacaq

“Google”, “Intel” və “Microsoft” şirkətləri istifadəçi məlumatlarının mühafizəsi üzrə &ldqu

22 08 2019

22/08/19
Mühəndislər insan gözündən daha üstün olan elektron linzalar hazırlayıblar

Harvard Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin mühəndisləri süni əzələ və düz kontakt 

22/08/19
Rəsm üçün “Xiaomi” planşeti təqdim edilib

“Xiaomi” şirkəti elektron qələmlə təchiz edilən və təkrar enerji toplamadan 1 il işləyən “Mijia LCD Digit

22/08/19
“Volocopter” şirkəti uçan taksi təqdim edib

Almaniyanın “Volocopter” startapı kommersiya istifadəsi nəzərdə tutulmuş üçün öz ilk hazırlamasını – &ld

22/08/19
Çində Ümumdünya Robotlar Konfransı keçirilir

Avqustun 20-25-də Pekində keçirilən Ümumdünya Robotlar Konfransında ən müasir texnologiyalar təqdim edilir.

22/08/19
“Samsung” şirkəti OLED ekranlı ilk televizorlar buraxacaq

“Samsung Electronics” şirkətinin “Samsung Display” törəmə müəssisəsi maye-kristal panellərin istehsalını

22/08/19
Süni intellekt “Gmail” xidmətində istifadəçilərin qrammatik səhvlərini düzəldəcək

“Google” şirkəti “Smart Reply” adlı süni intellekt texnologiyasını “Gmail” elektron məktublar xidmətinə

22/08/19
“OnePlus” televizorlarının təqdimat tarixi məlum olub

“OnePlus” şirkətinin baş direktoru Pit Lo “Business Insider” resursuna müsahibədə “ağıllı” televizorlar

22/08/19
“Apple” şirkəti “iPhone 12” üçün Çinin OLED displeylərini sınaqdan keçirməyə başlayıb

“Apple” korporasiyası “iPhone 12” üçün Çinin “BOE Technology Group” şirkətinin isteh