12px13px15px17px
Tarix:01/05/12

Mədəniyyət və Turizm Nazirliyi 2 növ elektron xidmət göstərir

“Hazırda Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet portalında (mct.gov.az)  2 növ elektron xidmət göstərilir. Bunlar informativ və interaktiv xidmətlərdir. İnformativ xidmətlərə əsasən nazirliyin saytında yerləşdirilən bütün informasiya xarakterli xəbərlər daxildir. İstifadəçilər də bu məlumatlardan sərbəst şəkildə, eləcə də dəqiqləşdirmə aparmadan istifadə edə bilirlər.

Çünki burada yerləşdirilənlər rəsmi xəbərlərdir». Bu sözləri “İCTnews.az” elektron xəbər xidmətinə Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqramlar təminatı şöbəsinin müdiri Qabil Abbasov söyləyib. O bildirib ki, adıçəkilən nazirliyin təqdim etdiyi informativ elektron xidmətlərə saytın «Sənədlər» bölməsi də daxildir.

Onun sözlərinə görə, burada mədəniyyət və turizm sahəsinə aid olan sənədlər, qanunlar, lisenziya və ərizə formaları yerləşdirilib: «Saytda bir də interaktiv xidmətlər var ki, burada da nazirin və onun müavinlərinin qəbuluna yazılmaq imkanları verilir. Bundan başqa, saytda «qaynar xətt» bölməsi fəaliyyət göstərir.

Burada da insanlar ərizələrini, şikayətlərini və təkliflərini elektron formada göndərə bilərlər. Burada göndərilən şikayətlər birbaşa olaraq bizim e-maillərimizə və ümumi şöbəyə düşür. Ümumi şöbədə həmin məktublar nömrələndikdən sonra onun icrası üçün nəzarətə götürülür».

SEYMUR
 




Baxış sayı: 1521

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024