12px13px15px17px
Tarix:02/05/12

Telefon çəkilişi, nömrənin dəyişdirilməsi, addan-ada keçirilməsi, internetə qoşulma xidmətləri elektronlaşdırılıb

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən Azərbaycan Respublikası Prezidentinin «Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında» 23 may 2011-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəyinə və onun əsasında mərkəzi icra hakimiyyəti orqanları tərəfindən təqdim olunmuş təkliflərə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin siyahısı" yenidən işlənib və Nazirlər Kabinetinə təqdim edilib.

Eyni zamanda, cari ilin ötən dövründə RİTN və onun tabeliyindəki müəssisələrin rəsmi internet ehtiyatlarında yaradılan "elektron xidmət" bölmələrinin texniki, təhlükəsizlik və tərtibat baxımından təkmilləşdirilməsi davam etdirilib.

Belə ki, RİTN-in tabeli qurumları tərəfindən telefon çəkilişi, nömrənin dəyişdirilməsi, addan-ada keçirilməsi, internetə qoşulma, dövri mətbuata internet-abunə xidmətlərinin göstərilməsi ilə bağlı müraciətin və tələb olunan sənədlərin elektron formada qəbulu və bu xidmətlərə görə nəzərdə tutulan ödənişlərin həyata keçirilməsi üçün elektron ödəmə sistemlərinə inteqrasiya təmin edilib.
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"na əsasən RİTN və onun tabeliyindəki qurumlar tərəfindən göstərilən elektron xidmətlərin inzibati reqlamentlərinin layihələri hazırlanıb.

2012-ci ilin birinci rübü ərzində dövlət orqanlarının "elektron hökumət şlüzü" və "elektron hökumət portalı"na qoşulması üzrə tədbirlər davam etdirilib. Beləliklə, qeyd olunan dövrdə "Elektron hökumət şlüzü"nə qoşulmuş qurumların sayı 16-ya, onların "elektron hökumət portalı"nda yerləşdirilmiş elektron xidmətlərinin sayı isə 56-ya çatdırılıb.       

Həmçinin, dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyəsinin artırılması üzrə tədbirlərin görülməsi məqsədilə RİTN-lə və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Bakı Ofisi arasında "Elektron Hökumət" təlim tədris mərkəzinin yaradılması" qrant layihəsinin həyata keçirilməsi ilə bağlı Protokol imzalanıb və müvafiq işlərə başlanılıb.

Bundan başqa, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarının 4.1-ci bəndinə əsasən elektron xidmətlər reyestrinin formalaşdırılması təmin edilib. Mərkəzi icra hakimiyyəti orqanlarının müraciətlərinə uyğun olaraq, 14 qurumun 83 elektron xidməti qeydə alınaraq reyestrin məlumat bazasına daxil edilib və bu istiqamətdə işlər davam etdirilir.




Baxış sayı: 2015

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024