12px13px15px17px
Tarix:02/05/12

“Azərpoçt” itən poçt göndərişlərini axtarır

 “Azərpoçt” MMC tərəfindən  beynəlxalq poçt göndərişlərinin axtarışı, itkisi ilə əlaqədar vətəndaşlardan daxil olan ərizələr əsasında müxtəlif xarici poçt xidmətlərinə 157 ədəd fiziki Reklamasiya göndərilib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə müəssisədən məlumat verilib.

Öz növbəsində  ayrı-ayrı xarici ölkələrdən “Azərpoçt” MMC-yə oxşar sorğularla 123 ədəd müraciət daxil olub. Beynəlxalq bağlamaların axtarışına dair Ümumdünya Poçt İttifaqının (ÜPİ) “Cricket” sorğu sistemi ilə cari ildə  xaricdən daxil olan 363 ədəd və müxtəlif xarici ölkələrə göndərilən 382 ədəd beynəlxalq bağlamaların axtarışına dair sorğu qeyd olunan sistemin tələbləri çərçivəsində icra edilib.

“Azərpoçt” MMC bu sistem vasitəsi ilə hal-hazırda dünyanın 142 ölkəsi ilə əməkdaşlıq edir. Sifarişli poçt göndərişləri üzrə beynəlxalq izləmə sisteminin tutumu məhdud olduğu üçün hələlik yalnız 30 ölkə - İngiltərə, İsveçrə, ABŞ, Almaniya, Finlandiya, Honq-Konq, Yaponiya, Çin Xalq Respublikası, Hindistan, Sinqapur, Xorvatiya, İspaniya, İsveç, Niderland, Yunanıstan, Çexiya, Pakistan, Misir, Estoniya, İordaniya, Slovakiya, Danimarka, Cənubi Afrika, Malta, Moldova, Fransa, Belorus, Kanada, İran və Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq edilir. “Azərpoçt” MMC bundan başqa dünyanın 66 ölkəsi ilə beynəlxalq sifarişli poçt göndərişlərinə dair operativ elektron sorğu sistemindən istifadə edir. Bu sistem vasitəsilə il ərzində sifarişli göndərişlər üzrə çıxan sorğuların sayı 169 ədəd, daxil olanların sayı isə 157 ədəd təşkil edib.

Qeyd edək ki, 2008-ci ildən etibarən ÜPİ-nin təşkil etdiyi beynəlxalq sadə məktub korrespondensiyasına elektron vasitələrlə daimi nəzarət və RSS-nin mərhələli nəzarət tədbirlərində “Azərpoçt” MMC-nin iştirakı təmin olunub. Bu tədbirdə Azərbaycanın 2012-ci ildə də iştirak etməsi təmin edilmişdir. 2012-ci ilin I rübündə 150 ədəd xüsusi nəzarət kartlarından və sadə məktublardan istifadə edilərək ölkədaxili məktub korrespondensiyasının nəzarət-keçid müddətləri müəyyənləşdirilib.

RƏVAN




Baxış sayı: 803

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2019

21 09 2019

21/09/19
Avtonom avtomobillər insan dərisinə reaksiya verəcək

“Dibotics” şirkətinə məxsus “Outsight” startapı uzaq obyektlərin kimyəvi tərkibini 

21/09/19
Parisdə elektrik su taksisinin sınaqları keçirilir

İsveçin “Seabubbles” şirkəti Parisin nəqliyyatla çox yüklənən prefekturasında yeni elektrik su taksisinin sınaqlarını&a

21/09/19
“Huawei Vision” televizoru süni intellektlə təchiz edilib

“Huawei” şirkəti Münhendə keçirilən tədbirdə “Huawei Vision” televizorunu təqdim edib