12px13px15px17px
Tarix:02/05/12

“HP” korporasiyası liderliyi geri qaytarıb

“Canalys” tədqiqat şirkətinin məlumatına görə, Amerikanın “Hewlett-Packard” korporasiyası kompyuter bazarı üzrə liderliyi “Apple”-dan geri alıb.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Canalys” tədqiqat şirkətinin məlumatına görə, “Apple” korporasiyası 2012-ci ilin birinci rübündə 15,8 milyon kompyuter (11,8 milyon “iPad” planşet kompyuteri) tədarük edib.

Bu, “HP” şirkətinin göstəricisindən 40 min azdır. Mütəxəssislər qeyd ediblər ki, keçən ilin analoji dövrü ilə müqayisədə kompyuter bazarı ümümilikdə 21 faiz, planşet bazarı 200 faizdən çox artıb, netbuk seqmenti isə 34 faiz azalıb.

Çinin “Lenovo” şirkəti üçüncü aparıcı kompyuter istehsalçısı olub. “Acer” və “Dell” şirkətləri, həmçinin ilk beşliyə daxil olub.
 
EMİL




Baxış sayı: 1178

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024